Otağa girən qadın ərinin dörd yaşlı oğluna təcavüz etdiyinin şahidi oldu - VİDEO

Otağa girən qadın ərinin dörd yaşlı oğluna təcavüz etdiyinin şahidi oldu - VİDEOOtağa girən qadın ərinin dörd yaşlı oğluna təcavüz etdiyinin şahidi oldu - VİDEO
İki il əvvəl ərə getdiyi 55 yaşlı Y.D.-nin həm cinsi, həm də fiziki şiddətinə məruz qalan 30 yaşlı Makbule D. dörd yaşlı oğlunun da təcavüzə uğradığını öyrənəndən sonra dözə bilməyib və hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu barədə "HaberGlobal" xəbər yayıb.
Məlumata görə, Ankarada yaşayan evdar qadın Makbule D. 2017-ci ildə istefada olan zabitlə ailə qurub. Qadının sözlərinə görə, bu illər ərzində o, ərinin cinsi və fiziki şiddətinə məruz qalıb, lakin oğluna qarşı təcavüzdən sonra səbri daşıb.
İstintaq çərçivəsində Uşaq Monitorinq Mərkəzində prokurora ifadə verən dörd yaşlı M.E.B. ögey atasının onun paltarlarını soyundurduğunu deyib və başına gələnlərdən danışıb.
Ancaq Y.D. məhkəmədən sonra sərbəst buraxılıb. Qərarla razılaşmayan Makbule D. ərinin həbs olunmasını tələb edir. Onun sözlərinə görə, oğlu təcavüzə məruz qaldığı vaxt qadın ikinci uşağına hamilə imiş:
"Bu hadisənin şahidi olduqdan sonra qanaxmam başladı, hamiləliyim yarımçıq bitdi. Dəli olmaq dərəcəsinə çatmışdım. Dərhal polisə şikayət etdim. Axşam bizi Uşaq Monitorinq Mərkəzinə yolladılar. Burada prokuror oğlumun ifadəsini aldı. O, mənim gördüklərimdən də çox şey danışdı. Prokurorluq Y.D.-ni həbs edilməsi üçün məhkəməyə göndərdi. Ancaq o, sərbəst buraxıldı. Mən ədalət istəyirəm, uşağımın haqqını tələb edirəm. Mənim gördüyüm şiddətin əhəmiyyəti yoxdur, ancaq uşağımın başına gələnlər qəbul edilə bilməz. Bir ana olaraq özümü çox pis hiss etdim, günahkar bildim… Psixologiyam pozuldu. Allah onun cəzasını verəcək, buna inanıram, ancaq həbs olunmasını da istəyirəm", - deyə, qadın başına gələnləri göz yaşları içərisində danışıb.
Digər tərəfdən, cütlüyün boşanması ilə bağlı məhkəmə prosesinin davam etdiyi qeyd olunur.

Otağa girən qadın ərinin dörd yaşlı oğluna təcavüz etdiyinin şahidi oldu - VİDEO

Maraqlı       Tarix: 15 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar zelzele xabar az cəbhədən ən son xəbər