Pandemiya bu il başa çatacaq - Rusiyalı alimlər
Rusiyanın virusologiya üzrə professoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn COVID-19 pandemiyasının bu il bitəcəyini açıqlayıb.
Bu barədə KONKRET.az "Report"a istinadən xəbər verir.
"2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı var. Mən təkcə Rusiyadan deyil, ümumilikdə dünyadan danışıram", – o, "Ura.ru"ya müsahibəsində deyib.
Mütəxəssisin sözlərinə görə, normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya 2023-cü ildə də davam edəcək.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V.A.Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri Pyotr Çumakov isə hesab edir ki, pandemiyanın insan həyatına təsiri getdikcə azalacaq.
"Düşünürəm ki, çox sürətlə yayılan və ciddi təzahürlərə səbəb olmayan "omikron" ştamının yaranması ilə əlaqədar hər şey səngiyəcək", – o deyib.
Çumakovun sözlərinə görə, yeni ştam digərlərini sıxışdıracaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
52 yaşlı piyadanı maşın vurub öldürdü