Pandemiya dövründə Azərbaycanda sərnişin daşımaları azalıb
Cari ilin yanvar-may aylarında Azərbaycanda sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz azalıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 601,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 90,4 faizi avtomobil nəqliyyatı, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-may ayları ərzində 1 milyon 359,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,8 faiz artım müşahidə olunub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 543,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 19,0 faiz azalıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 43,0 faiz azalaraq 56,2 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 441,7 min və ya 48,4 faiz az sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar