Pandemiya ilə əlaqədar boş qalan nikah mərasimində gənclərə xoş sürpriz - FOTO
Pandemiya ilə əlaqədar boş qalan nikah mərasimində gənclərə xoş sürpriz - FOTO
Pandemiya ilə əlaqədar bir çox ölkələrdə kütləvi mərasimlər qadağan olunub. Belə tədbirlərdən biri də toylardır. Lakin bütün bu qadağalar ABŞ-ın Kaliforniya ştatından olan cütlüyün arzularını gerçəkləşdirməyə mane olmayıb. Onların kilsədə nikah mərasimi isə maraqlı görüntülərlə yadda qalıb.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, bir il öncə nişanlanan Peris Xati və Emili Manasinin nikah günü təyin olunmuşdu. Lakin pandemiya ilə əlaqədar karantin onların bu planlarını pozub.
"Məhdudiyyətlər qüvvəyə minəndən sonra bir müddət nə edəcəyimizi bilmədik. Heç birimiz toyun təxirə düşməsini istəmirdik, axı hər şeyin nə zaman düzələcəyi bəlli deyil. Ancaq əzizlərimizi də təhlükəyə atmaq istəmirdik".
Nəhayət, onlar boş kilsədə də olsa, nikah kəsdirmək və mərasimi onlayn şəkildə dostlarına yayımlamaq qərarına gəliblər.
Kilsə isə, öz növbəsində, onlara sürpriz edib: Ziyarətçilərin şəkillərini oturacaqlara yapışdırır.
Xoş sürpriz gəncləri çox sevindirib və gözəl anların qeydə alınmasına səbəb olub.
Mərasimə dəvət olunan fotoqraf Visens Forn tədbirdən sonra fotoları özünün "Facebook" səhifəsində paylaşıb:
"Dünən bəxtim gətirdi, belə bir möhtəşəm toya şahid oldum… Gəlin unutmayaq ki, hər şeyə rəğmən, həyat davam edir".
Şəkillər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.








Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb