Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTO

Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTOPandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTO
Pandemiya ilə əlaqədar Malayziyanı tərk edə bilməyən rusiyalı qadın küçədə doğuş etmək məcburiyyətində qalıb.
Bu barədə Lenta.ru-ya qadının Yevgeni adlı həyat yoldaşı xəbər verib.
Cütlük oktyabr ayında, hələ Natalya hamiləliyin ilk aylarında olarkən istirahətə yollanmaq və qışı Cənub-Şərqi Asiyada keçirmək qərarına gəlmişdi. Onların vətənə qayıdışı mart ayına planlaşdırılmışdı.
Lakin koronavirus pandemiyası bu planları alt-üst edib.
"Əvvəlcə biletlərin qiyməti 100 min rubla (2 325 AZN) yüksəldiyi üçün Rusiyaya qayıtmaq imkanımız olmadı, sonra ümumiyyətlə, sərhədlər bağlandı. Bizim pulumuz bitirdi, təlaşlanmışdıq və yardım istədik. Konsul vəziyyətimizi nəzərə alacağına və təxliyyə reysinə adımızı salacağına söz verdi", - deyə Yevgeni bildirib.
Aprel ayında cütlük Kuala-Lumpurdakı konsulluğa gedib, pulları bitdiyi üçün özlərinin ağır vəziyyəti barədə məlumat verib və vətənə qayıtmaq istədiklərini bildirib. Lakin diplomatik nümayəndəliyin işçilərindən biri turisti hamilə halda səfərə çıxdığı üçün məsuliyyətsizlikdə qınayaraq, neqativ münasibət göstərib. Elə həmin gün cütlük hotelə yerləşdirilib, bundan sonra onların yeri bir neçə dəfə dəyişib. Vəziyyət elə gətirib ki, Rusiya vətəndaşları konsulluğun qəbul otağında gecələməli olublar.
Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTOElə həmin gecə qadının doğuş sancıları başlayıb və özünü itirmiş cütlük hamam otağı və təcili yardım düyməsi olan ilk hotelə getməyə qərar verib. Həkim çağırmağa pul olmayıb. Lakin cütlüyü hotelə buraxmayıblar və rusiyalı turistlər küçədə qalıb:
"Biz kimsəsiz bir ev tapdıq, hasardan tullandıq. Arvadımın doğuşu başlmışdı. Əslində, kömək almağa ümidimiz qalmadığı üçün buna əvvəlcədən hazırlaşmışdıq, bu barədə videolara baxmışdıq. Lakin heç təsəvvür belə etməzdik ki, bunu yad bir bağçada edəcəyik… İki saatdan sonra övladımızı qucağımıza aldıq. O ağlayır və iri gözləri ilə mənə baxırdı, mən və xanımım da ona qoşulub ağlamağa başladıq".
Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTOBundan sonra cütlük evə daxil olub və bir neçə gündən sonra polisə müraciət edərək uşağın doğumu barədə xəbər verib. Yevgeninin sözlərinə görə, konsulluq əməkdaşları yenə də onlara heç bir yardım göstərməyib:
"Bizə yardım edən yalnız yerli polislər idi. Onlar həqiqətən bizim qayğımıza qaldılar: yemək və pampers gətirirdilər, pul verdilər".
Yaxın günlərdə cütlük uşağın sənədləri ilə əlaqədar yerli bələdiyyəyə müraciət edəcək.
Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTOYerli bloqerlərdən birinin onlar haqqında hazırladığı videoçarxın yayımlanmasından sonra sakinlər də turistlərə hər cür dəstək göstərməyə başlayıblar. Bloqer Yevgenini yük maşınını sürücüsü kimi işə düzəldib və o, ailəsini dolandırmaq üçün imkan əldə edib. Bundan əlavə, cütlüyə həmin evdə yaşamağa icazə verilib.
Hazırda onlar Arxangelskə qayıtmaq üçün sərhədlərin açılmasını gözləyirlər.
Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu - FOTO

Maraqlı       Tarix: 30 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler azerbaycan krminal bu gun en son xəbərlər bugün