Partiya sədri: "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..."

Partiya sədri: Son vaxtlar müxtəlif platformalarda Azərbaycanda aprel ayında referendumun keçiriləcəyi, icra hakimiyyətlərinin ləğv olunacağı və Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı ilə bağlı xəbərlər dolaşır. Aydındır ki, ölkə başçısı həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə bir sıra ciddi islahatlar həyata keçirir və bu, yalnız dövlətin inkişafına və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Ölkədə infrastrukturla bağlı da islahatların həyata keçirildiyinin şahidi oluruq. Modern idarəçilik sisteminin yaradılması istiqamətində atılan addımlar, bəzi dövlət qurumlarının bir srukturda birləşdirilməsi həm büdcəyə qənaət etməyə, həm də daha çevik və asan idarəçilik formasına keçməyə imkan verir. Bəs görəsən, icra hakimiyyətlərinin ləğvi reallaşsa, bu, dövlətin gələcək inkişafına nə kimitöhfə verə bilər?
Mövzu ilə bağlı "Müasir Müsavat"partiyasının sədri KONKRET.az-a açıqlamasında bildirib ki, onun təmsil olunduğu partiya bu kimi məlumatlardan xəbərdardır:
Partiya sədri: "Cənab Prezident neçə illərdir yerlərdə öz səlajiyyətli nümayəndələrini təyin edib. Bu da öz müsbət effektini verir. Hal hazırda həm rayonun icra başçısı, həm də prezidentin səlahiyyətli nümayəndəsi strukturu mövcuddur. Bu, bir qarışıqlıq yaradır. Düşünürəm ki, icra hakimiyyətlərinin ləğvi və nümayəndəliklərin yaradılması çox yüksək səviyyəli bir iş ola bilər. Çünki əksər icra başçıları bir iş görə bilmir. Xalqı incidir, rüşvətə meyl göstərirlər. Bu əməllərinə görə icra başçıları arasında həbs edilənlərin olması heç kimə sirr deyil. Odur ki, icra hakimiyyətlərinin ləğvi və nümayəndəliklərin yaradılması çox yaxşı fikirdir. Ancaq hesab edirəm ki, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Elə işlər var ki, onlarla bələdiyyələr məşğul olmalıdır. Cənab Prezident bu xətti tutubsa, bu, çox müsbət haldır. Bütün bunlarla yanaşı proporsional seçki sistemi bərpa edilməlidir, parlament buraxılmalıdır. Son vaxtlar Rusiya mediasında və ayrı-ayrı siyasi dairələrində Azərbaycanın əleyhinə xoşagəlməz fikirlər səsləndirir. Ancaq hazırki parlament buna heç biri cavab vermir. Ona görə də, çox istəyirik ki, referendumda proporsional seçki sistemi ləğv edilsin".
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran sabiq deputat, siayi ekspert Elşad Mirbəşiroğlu bildirib ki, referendumun keçirilməsi ölkənin yeni tarixi mərhələsi üçün normal hal ola bilər:
Partiya sədri: "Zaman, reallıqlar və ölkənin inkişaf səviyyəsi dəyişir. Həm də Azərbaycanın obrazı tamamilə yenilənib. İdarəetmə sisteminin təkmilləşdirilməsi fonunda yeni dövrün reallıqlarına uyğun, yeni tarixi proses baş verə bilər. Amma referendum məsələsi rəsmi olmadığına görə qəti fikir bildirmək çətindir".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xeber cəbhədən ən son xəbərlər xeberler bugun