Paşinyan Azərbaycanla sərhədlərin delimitasiya prosesi ilə bağlı Kobaxidzeni məlumatlandırdı
Ermənistan Azərbaycanla sülh gündəliyini həyata keçirməyə çalışır.
Bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə brifinqdə bildirib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.
O, həmçinin bu gün keçirilən danışıqlarda İ.Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesində əldə olunan irəliləyiş və razılaşmalar barədə məlumat verdiyini bildirib.
N.Paşinyan qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə səyləri artırmaqla bağlı razılığa gəliblər.
İ.Kobaxidze öz növbəsində bildirib ki, Gürcüstan Azərbaycan-Ermənistan nizamlanmasında vasitəçilik səylərinə hazırdır. / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı