"Paşinyan mənimlə danışmaq istəmirsə, Londona niyə səfər edirdi?" - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Britaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.
azxeber.com xəbər verir ki, sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlət başçısı baş nazir Paşinyanın onunla Britaniyada görüşməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik.
Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: "Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq".
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı