Paşinyandan Putinə SƏRT MESAJ - Elə bir şey dedi ki

Paşinyandan Putinə SƏRT MESAJ - Elə bir şey dedi kiErmənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Prezidenti Vladimir Putinə İrəvanın Avropa inteqrasiyası kursunu davam etdirəcəyini şəxsən bildirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Paşinyan brifinq zamanı Ermənistan xalqının bu istiqamətdə seçim etdiyini vurğulayıb.
"Rusiya prezidentinə dedim ki, biz Avropa inteqrasiyası yolunu elan etmişik və bu yolla irəliləyəcəyik. Xüsusilə də Ermənistan xalqı bu kursu dəstəklədikdən sonra", – deyə o bildirib.
Bununla yanaşı, Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı gündəmində saxlamadığını qeyd edib. Onun sözlərinə görə, əsas problem Ermənistanın mövqeyi deyil, Aİİ-nin fəaliyyət mexanizmləridir.
Baş nazir bildirib ki, ittifaqın mexanizmləri faktiki olaraq iflic vəziyyətinə düşüb və normal işləmir. O, Ermənistan məhsullarının Aİİ bazarında üzləşdiyi məhdudiyyətlərə toxunaraq, mövcud problemlərin qısa müddətdə aradan qaldırılmamasının ciddi nəticələr doğura biləcəyini deyib.
"Əgər bu problem vaxtında həll olunmasa, hesab edirəm ki, bu, Aİİ-nin sonunun başlanğıcı ola bilər", – deyə Paşinyan vurğulayıb.
Baş nazir həmçinin yenidən seçilməsindən sonra Vladimir Putinlə telefon danışığını da xatırladıb. O bildirib ki, Rusiya prezidenti söhbət zamanı onu təbrik etməyib.
"Rusiya prezidenti məni təbrik etmədi. Bu zaman sual yaranır: bəs o, həmin telefon danışığında kiminlə danışırdı?" – deyə Paşinyan bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 29 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun butun xeberler en son xeberler bu gun son.xeberler