Paşinyandan Zəngəzurun əvəzinə şok tələb: Bakı razılaşacaq?

Paşinyandan Zəngəzurun əvəzinə şok tələb: Bakı razılaşacaq?Ermənistanın Baş naziri Nikol Paşinyan anlamamış deyil ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi "Sülh qovşağının" Prezident İlham Əliyevin təbirincə desək, "bir qara qəpik" dəyəri olmayacaq. Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının sahiliylə də keçəcək, körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb. Bu yol tam gücüylə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq.
KONKRET.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Feysbuk hesabında qeyd edib.
O bildirib ki, Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin "maneəsiz dəhliz" yanaşmasını qəbul etmək həvəsindədir:
"Təsadüfi deyil ki, Paşinyan bugünkü mətbuat konfransında "Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil" fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra "amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil" ifadəsini də əlavə edib. Böyük ehtimalla Paşinyan bu əlavəsi ilə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır. Məsələ burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələlərdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu, Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz.
Bütün hallarda Paşinyan Zəngəzur dəhlizi ilə bağlı addım barədə düşünür. Onun "müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır" sözləri də bundan xəbər verir. Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsi ilə bağlı söylədiklərində də diqqət çəkən məqam var: "Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir". Görünür, Paşinyan maneəsiz dəhilizə ayrı "ad" vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları pasport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatarla və maşınla Naxçıvana keçə bilsinlər"./axaraz

Siyasi       Tarix: 01 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri axsam.az xeberler xeber.az son xeberler sonxeberler