Paşinyanın ABŞ səfərinin PƏRDƏARXASI: Nikolu Trampın ayağına aparan İLGİNC SƏBƏBLƏR
Ermənistanın Bayden administrasiyası dövründə ABŞ-la əlaqələri özünün inkişaf dövrünü yaşadı. 4 il ərzində Amerikanın irəvana hərbi-siyasi dəstəyinin şahidi olduq. Bayden hakimiyyətinin son günlərində ABŞ və Ermənistan arasında bağlanan strateji tərəfdaşlıq haqqında saziş bu münasibətlərin axırıncı nöqtəsi idi. İndi ABŞ-da hakimiyyət dəyişib və ölkəyə Donald Tramp rəhbərlik edir. Ermənistan rəhbərliyi Tramp administrasiyasına da yaxınlaşmaq üçün səy göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan Amerikada səfərdədir. Ümumiyyətlə Paşinyanın ABŞ-dən gözləntiləri nədir və əvvəlki hakimiyyətin dövründəki münasibətlər davam edə bilərmi?
KONKRET.az-a açıqlama verən siyasi şərhçi Zaur Məmmədov bildirib ki, Paşinyan Tramp administrasiyası ilə münasibətlərin gücləndirilməsi üçün səylərini davam etdirir:
"Doğrudur, ABŞ-Ermənistan münasibətlərinin ən yaxşı dövrünü biz Bayden hakimiyyəti illərində müşahidə etdik. Bu, Ermənistanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlığa qədər irəlləməsinə səbəb oldu. Ermənistan Müdafiə Nazirliyindən tutmuş ayrı-ayrı güc strukturlarında ABŞ şəbəkəsinin qurulmasına gətirib çıxartdı. Bu, hətta Ermənistan sərhədlərini ABŞ sərhədçiləri və kəşfiyyat orqanlarının nümayəndələrinin qorumasına gətirib çıxara bilərdi. Əlbəttə ki, bütün bunlar ciddi çağırışlardır. Bura ötən ilin yazında ABŞ-Aİ-Ermənistan arasında imzalanan sənədi də əlavə etsək, Ermənistan-ABŞ münasibətlərinin hüquqi bazasının yetərli olduğu görünəcək. O ki qaldı münasibətlərin siyasi bazasına, bu məsələ Demokratlar ilə gücləndirilmiş iş rejimində həyata keçirilirdi. Trampa gəldikdə, hal-hazırda Respublikaçıların qarşısında daha aktual məsələlər dayanır. Tramp təkcə bu və ya digər ölkələrlə yox, eyni zamanda ölkə daxilində qlobal güclərlə də mübarizə aparır. Onların müzakirə etməyə öz mövzuları var. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi ilə bağlı Trampın öz mövqeyi var. İndi ABŞ-Ermənistan münasibətlərində son 4 ildəki inkişaf əvvəlki qaydada getməyəcək. Strateji tərəfdaşlıqla bağlı Paşinyanın ümidləri olsa da, ABŞ hakimiyyətinin tərəfdaşlığı daha da genişləndirməklə bağlı addımları ciddi suallar yaradır. Paşinyan ABŞ-a gedib Donald Trampla görüşmək istəyir. Son məlumatlara görə Trampla görüş baş tutmamalıdır. Amma erməni diasporu bu istiqamətdə fəaliyyətini davam etdirir. Hər halda bu görüşün olub-olmaması heç nəyi dəyişməyəcək. Cənubi Qafqazda Ermənistanın gələcəyi onun Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılıdır. Ermənistan ABŞ, Rusiya, Fransa və İranla ən yüksək münasibətlərə malik olsa da, proseslər Bakı və Ankaranın nəzarətdədir".
Vəli Həsənoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı