Payız özünü yay kimi aparanda: Qıtlıq gözlənilir? - ŞƏRH + FOTO

Payız özünü yay kimi aparanda: Qıtlıq gözlənilir? - ŞƏRH + FOTOPayız özünü yay kimi aparanda: Qıtlıq gözlənilir? - ŞƏRH + FOTO
İqlim dəyişmələri son illərdə qlobal problemlər siyahısında qalır və Azərbaycana təsirləri də ciddi hiss edilməkdədir. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva da açıqlamasında qeyd edib ki, iqlim dəyişmələri biomüxtəlifliyin azalması və itkilərinə təsir edən əsas amillərdən birinə çevrilir. Onun sözlərinə görə, bu gün dünya bir-biri ilə əlaqəli olan üçlü böhran - iqlim dəyişmələri, biomüxtəlifliyin azalması və ətraf mühitin çirklənməsi ilə üzləşib.
İqlim dəyişmələri artıq kənd təsərrüfatına, məhsuldarlığa da ciddi təsir edir. Hətta bəzən fermerlər qeyd edirlər ki, əkin mövsümünün başlanması, hansı məhsulun hansı dönəmdə əkilməsi və yığılması, torpağın becərilməsi texnikaları artıq dəyişməli, iqlimə uyğunlaşdırılmalıdır.
Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli də düşünür ki, Azərbaycanda iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan sahə elə kənd təsərrüfatıdır:
Payız özünü yay kimi aparanda: Qıtlıq gözlənilir? - ŞƏRH + FOTO"İqlim dəyişmələri bir-iki ilə qeydə alınmır, uzun müddət ərzində baş verir. Bununla isə elmi tədqiqat institutları məşğul olur. Elə fermerlər özləri də tendensiyanı müşahidə edir və əkin-biçin işlərini iqlimə uyğunlaşdırmağa, yeni aqrotexniki qaydalar tətbiq etməyə, məhsuldarlığı artırmağa çalışırlar. Prosesin təsirini analiz etmək üçün Azərbaycanda təxminən 30 il əvvəlki duruma baxmaq kifayətdir. Məsələn, əgər 30 il bundan əvvəl Azərbaycanın hansısa rayonda pambıq əkilirdisə, indi bir çox rayonda pambıq əkilmir. Mövcud ərazidə su problemi, iqlim şərtləri, şəraitə uyğun dəyişikliklər yeni toxum sortlarının becərilməsini vacib edir. Quraqlığa daha davamlı olan, suvarma imkanları olmayan dəmyə əraziləri üçün əlverişli bitkilər əkilir.
Kənd təsərrüfatı Azərbaycanda ənənəvi sahələrdən biri olduğuna görə, fermerlərimiz də kifayət qədər bilgiyə sahibdirlər.
Son 30 ildə əkin müddətlərinin vaxtlarında dəyişmələri hiss edirik. Təbii ki, köklü şəkildə tərs çevrilmiş durum yoxdur, payızda əkilən məhsullar yazda əkilmir, amma səpin-yığım vaxtında sürüşmələr olur. Kənd təsərrüfatı sahəsində çalışan, fərdi təsərrüfatı olan fermerlər iqlim dəyişikliklərinə adaptasiya olurlar, dünyada tətbiq edilən texnologiyaları Azərbaycana gətirməyə çalışırlar. Ona görə də məhsuldarlığın kəskin şəkildə azalması, becərilən hansısa bitki sortlarının tamamilə aradan çıxması yaxın illərdə aktual deyil".
Şəkili fermer Etibar Nuriyev illər ərzində qeydə alınan iqlim dəyişikliyini əyani şəkildə hiss etdiyini vurğulayıb. 64 yaşlı fermer ani temperatur keçidlərinin kənd təsərrüfatına ciddi təsir etdiyini deyir:
Payız özünü yay kimi aparanda: Qıtlıq gözlənilir? - ŞƏRH + FOTO"Son 20 il ərzində, xüsusilə beş ildir ki, qış ayları - dekabr, yanvar, fevrala xas olan qar yağıntısı yoxa çıxıb. Məsələn, şimal bölgəsində yaşayan biri kimi yadıma salıram, əvvəllər qışda ən azı 60-70 santimetr qar yağardı. Qarı evlərin damından güclə təmizləyirdik ki, ağırlıq olmasın. Son beş ildə isə demək olar, qar yağıntısı sıfır vəziyyətdədir. Dağlara yaxın ərazilərə 5-10 santimetr yağıntı düşür, amma şəhərin özündə, nisbətən aşağıdakı əkin sahələrinə yağıntı düşmür. Bunun fəsadları da özünü kənd təsərrüfatında göstərir.
Necə ki, qar az yağanda insanlarda xəstəliklər, viruslar kütləviləşir, bitkilərdə də eynilə xəstəliklər, qurumalar baş qaldırır. İstər taxılçılıqda, istər bağçılıqda bitkilərin su tələbatının yetərincə ödənilməməsi onların inkişaf fazasını ləngidir. Bu müddətdə gəmiricilərin daha aktiv olmasını müşahidə edirik. Ziyanvericilər taxılın, ağacların kök sistemi ilə qidalanırlar, bu yetərli olmadıqda isə üzə çıxırlar".
O bildirir ki, yaz aylarında isə tamam fərqli problem baş qaldırır:
"Mart, aprel və mayda yaz havası nisbətən hiss edilsə də, bəzi hallarda anidən qısamüddətli, 5-10 santimetrlik qar yağır. Bəzi hallarda isə dolu və leysanların şahidi oluruq. Əsasən, bitkilərin, ağacların çiçək fazasında yağıntı olduğuna görə bu, tozlanmaya təsir göstərir, çiçəyin 50-60 faizini məhv edir. Nəticədə məhsuldarlıq birdən-birə aşağı düşür".
Fermer yay aylarında isə temperaturun qəfildən kəskin yüksəlməsindən şikayətçidir. Belə ki, Etibar Nuriyevin sözlərinə görə, yayda bitkiləri kökdən nə qədər sulasalar da, həddindən artıq quraqlıq təsərrüfatı məhv edir:
"İyul, avqust aylarında temperaturun iqlim normasından yeddi-səkkiz dərəcə yuxarı olması ağaclara, bitkilərə ziyan vurur. Əvvəlki dönəmlərdə temperatur yayda maksimum 35 dərəcə olduğu halda, indi 43-45 dərəcəyə qədər yüksəlir. Bu isə bağçılıqda və digər sahələrdə fəsadlara səbəb olur. Əsasən, yarpaqların fotosintezinə təsir göstərir. Kök hissə nə qədər suvarılsa da, bitkilərin yarpaqları belə istiyə dözmür. Ola bilər, digər rayonlarda iqlim daha fərqli şəkildə özünü göstərir, kənd təsərrüfatının bəzi sahələrinə az təsir edir, amma ümumi mənzərə budur ki, istilərlə əlaqədar qıtlığın yaranması ciddi hal alıb".
Aysel Aslan

Maraqlı       Tarix: 27 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər