Pərvindən deputatla sevgili iddiasına cavab - 'Danışmağa məcbur qaldım
Son günlərdə sosial şəbəkələrdə aktrisa Pərvin Abiyevanın millət vəkili Cavid Osmanovla sevgili olması barədə xəbərlər yayılıb.
Pərvin İnstaqramda canlı yayım açaraq bu iddialara cavab verib.
O, yayılan ittihamları yalanlayıb:
"Onun ailəsi, uşağı və karyerası var. Bu mövzu araşdırılsa həqiqət ortaya çıxacaq. Mənə deyirlər, bu məsələ ilə bağlı nə deyəcəksən? Tanımadığım adam haqqında nə deyə bilərəm? Ağzı açıq şəkildə tamaşa edirəm. Mən əgər nəsə etsəydim, çəkinmədən deyərdim, hər zaman da deyirəm. Neçə vaxtdır ki, internetdən uzağam, sakit həyat yaşamaq istəyirəm. Amma, bu xəbərlərə görə danışmağa məcbur qaldım ki, artıq məndən nə düşündüyümü soruşmayasınız".
Millət vəkili də yayılan məlumatların həqiqəti əks etdirmədiyini və qarayaxma olduğunu bildirmişdi:
"Bildiyiniz kimi qarşı tərəf (oxu: Pərvin Abıyeva) bunu iddiaları cavablandırıb. Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır".
Millət vəkili bu iddiaları kimlərin mediaya buraxdığını da açıqlayıb: "Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir"
Deputat bu kampaniyanın səbəbindən də danışıb: "Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım onları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam. Daxilimizdə olan erməniyə xidmət edən müxalifət qüvvələr və bloggerlər haqqımda qarayaxma apararaq boş-boş işlərlə məşğuldurlar. Bir daha bəyan edirəm, bu yayılan məlumatlar cəfəngiyyatdır, belə bir xəbərin doğru olması mümkün deyil."

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA