Pərviz Abubəkirov: "İnsanların əksəriyyəti maskanı cərimədən yayınmaq üçün taxır
Pərviz Abubəkirov: "İnsanların əksəriyyəti maskanı cərimədən yayınmaq üçün taxır"
"Maskanı çənəyə, yox, təyinatı üzrə yuxarı tənəffüs yollarını örtəcək şəkildə taxmaq lazımdır ki, virusdan qorunaq".
Bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
O bildirib ki, yoluxma sayının artımına səbəb insanlar arasında yaranan rahatlıq olub:
"Tibbi maskalardan istifadəyə laqeyd yanaşıldı. Eyni zamanda da ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında da qoruyucu vasitələrdən istifadə etməyənlər olur. Bu istiqamətdə müəyyən cərimələrin tətbiq edilməsinə şikayət edənlər belə var. İnsanlar başa düşməlidirlər ki, bu ilk növbədə onların sağlamlığı, ikinci tərəfdən isə ətrafdakı insanların sağlamlığı üçün vacibdir".
P.Abubəkirov onu da qeyd edib ki, bəzən marketdə "maska" taxan vətəndaşları görürük:
"Maskanı sırf cərimədən yayınmaq üçün taxanlarla yanaşı, təbii ki, sağlamlığını düşünərək virusa yoluxmamaq üçün istifadə edənlər də var. Lakin, əksər hallarda maskaları, çənəsinə, yuxarı tənəffüs yollarını tutmayacaq şəkildə taxanlar, ümumi desək qoruyucu maskanı təyinatı üzrə taxmayanlar daha çoxdur. Maskanı çənəyə, yox, təyinatı üzrə yuxarı tənəffüs yollarını örtəcək şəkildə taxmaq lazımdır ki, virusdan qorunaq. Bütün hallarda hansı məqsədlə olur-olsun, əsas odur ki, biz məqsədimizə çatırıq və insanlar maskalardan istifadə edirlər. Açıq havada, ara məsafəni qorumaq imkanı olan yerlərdə maska taxılmasa da olar. Lakin havasının dəyişilməsi mümkün olmayan qapalı məkanlarda insanlar tibbi maskadan istifadə etməlidirlər". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR