Pirallahı Sənaye Parkında Tailand-Azərbaycan birgə müəssisəsi yaradılacaq
Pirallahı Sənaye Parkında Tailand-Azərbaycan birgə müəssisəsi yaradılacaq
Pirallahı Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 8,3 milyon manat investisiyanın yatırılması ilə 56 nəfər daimi işlə təmin ediləcək.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Agentliyin idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident – "Supreme Pharmatech Azerbaijan" MMC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.
Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, "Made In Azerbaijan" brendi altında ixracı da planlaşdırılır. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR