Piyada gəzməyin faydaları: İnsan bu yolla özünü və ətraf mühiti qoruyur - ARAŞDIRMA

Piyada gəzməyin faydaları: İnsan bu yolla özünü və ətraf mühiti qoruyur - ARAŞDIRMAPiyada gəzmək bir neçə xəstəliyin qarşısını almaq üçün önəmlidir. Bu xəstəliklər sırasında ürək-damar xəstəlikləri xüsusi əhəmiyyət kəsb edir.
KONKRET.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu deyib.
Mütəxəssis qeyd edib ki, adıçəkilən xəstəliyin yaranmasına səbəb olan amillərdən biri məhz qeyri-aktiv həyat tərzi, yəni az hərəkətlilikdir:
"İnsan orqanizmi hərəkət etmədiyi zaman passivləşir və bunun nəticəsində bütün metobolizma yavaşlayır. Az hərəkətlilik piylənməyə səbəb olduğundan birbaşa ürək-damar tıxanlıqlığı, infarkt, insult və digər xəstəliklərə rəvac vermiş olur. Digər tərəfdən insan gəzən zaman qan dövranı daha aktiv şəkildə çalışır. Bununla əlaqəli ayaq damarlarında tıxanıqlıq riski azalır. Lakin az hərəkət edən insanlarda bu problem daha sıx görünür və ciddi fəsadlar törədir. Metobolizmanın tənzimlənməsi və digər xəstəliklərdən qorunmaqda piyada gəzmək yeyilən kalorinin yandırmaq üçün ideal vasitədir".
"Heç bir xəstəliyi olmayan sağlam insan normalda gün ərzində bir neçə km piyada yol qət etməlidir", – deyən kardioloq əlavə edib ki, ürək-damar xəstəliyi olanlar klinik vəziyyətdən asılı olaraq gün ərzində minimum 30-40 dəqiqə olacaq şəkildə tempolu gəzməlidirlər:
"İnsanlara səhər erkən vaxtda piyada gəzmək tövsiyə olunur. Yay aylarında günorta çox isti olması, qışda isə havanın soyuq olması ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə gəzməkdə çətinlik törədə bilir. Bu səbəbdən səhər və axşam saatları daha məsləhətdir".
Piyada gəzməyin əsas faydalarından biri sümüklərin və əzələlərin güclənməsidir. Belədə ürək əzələləri işini daha sürətli görür, qan təzyiqi tənzimlənir. Yerimək eyni zamanda yaradıcılığı dəstəkləyir. Beynin oksigen tədarükü artır, yaradıcı düşüncə və zehnin potensialı artır. Bu, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün də faydalıdır. Piyada gəzmək depressiyanın təbii müalicəsidir. Stressi azaldır. Gərginlikdən uzaqlaşmağa kömək edir. Beyində endorfin, seratonin və dopamin səviyyəsini artırır. Eyni zamanda xərçəng riskini azaldır.
Ümumiyyətlə, piyada gəzmək həm insanın özü, həm də ətrafı üçün faydalıdır. Xüsusilə oturaq həyat tərzi keçirən şəxslər üçün yerimək müstəsna əhəmiyyətə malikdir. Bu, fiziki fəallıqla yanaşı, qan dövranını yaxşılaşdırır, hərəkətliliyi artırır.
Piyada gəzməyin faydaları: İnsan bu yolla özünü və ətraf mühiti qoruyur - ARAŞDIRMABritaniyalı alimlərin fikrincə, az hərəkətli həyat tərzi oynaqlar, sümüklər və əzələləri zəiflədir. Araşdırmalara görə, insanlar günün 50-70 faizini oturaq keçirir. Bu isə yalnız bel üçün zərərli deyil, həm də diabet və ürək xəstəlikləri riskini artırır. Uzunömürlülüklə oturmaq arasında əlaqəni üzə çıxarmaq istəyən amerikalı alimlərin araşdırma aparıblar. Onların gəldiyi qənaət belə olub ki, kişilərdə əyləşmə ömür uzunluğunu azı 20 faiz azaldır. Məlumata görə, inkişaf etmiş sənaye ölkələrində insanlar gündəlik ortalama 1000 addım atırlar. Bu, təqribən 650 metr məsafə qət etmək deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxşı formada qalmaq istəyənlər üçün gündəlik 10 000 addım atmağı tövsiyə edir. Bu, 7 kilometrlik məsafəyə bərabərdir. Mütəxəssislər sürətlə yeriməyi və az ara verməyi məsləhət görürlər.
Piyada gəzməyin faydaları: İnsan bu yolla özünü və ətraf mühiti qoruyur - ARAŞDIRMAPiyada gəzmək insan həyatını çətinləşdirməyən, bədəni yormayan, hər yaşa uyğun idman növüdür. Sıx iş rejimi, ictimai nəqliyyat problemləri insanları tənbəlləşdirir. Gündə ən azı 30 dəqiqə sürətlə gəzmək sağlamlığa güc qatır. Piyada gəzməyin ətraf mühit üçün faydası isə ondan ibarətdir ki, bu zaman nəqliyyat vasitələrindən istifadə azalır. Bu isə havaya zəhərli qazların buraxılmasını minimuma endirir, ekologiyanın çirklənməsinin qarşısını alır.
Bir sözlə, sağlam həyat tərzi piyada gəzməkdən keçir desək, yəqin ki, yanılmarıq.

Sağlamlıq       Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən xəbər son xeberler azerbaycan cebheden xeberler