Politoloq: 'Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb

Politoloq: 'Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıbPolitoloq Fərhad Hüseynovun sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən aktiv fazaya keçib. O, bu fikirləri bu gün yayımlanan "Hədəf" verilişində səsləndirib.
azxeber.com xəbər verir ki, politoloq bildirib ki, 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında imzalanmış bəyanat rəsmi olaraq "Strateji əməkdaşlıq" adlanır. Onun sözlərinə görə, bu əməkdaşlığın əsas xüsusiyyəti uzunmüddətli və çoxşaxəli olmasıdır.
"Uzunmüddətli əməkdaşlıq dedikdə, ilk növbədə nəqliyyat və enerji sahəsindəki əlaqələr nəzərdə tutulur. 2017-ci ildə Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu ölkələr faktiki olaraq Avrasiyanın geniş ərazilərini bir-biri ilə birləşdirmək niyyətindədir", – deyə Fərhad Hüseynov vurğulayıb.
Politoloq əlavə edib ki, həmin əməkdaşlıq 2019-cu ildə yeni bir layihə ilə davam etdirilib. Söhbət "Qara Dəniz – Xəzər Dənizi" nəqliyyat dəhlizindən gedir. Bu layihədə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya iştirak edir.
"Mən düşünürəm ki, qarşıdan gələn səfərlər zamanı bu layihələrin reallaşdırılması məsələsi gündəmdə olacaq. Çünki təkcə müqavilə imzalamaq deyil, onun icrası da əsas məsələdir", – deyə o qeyd edib.
Politoloq onu da xatırladıb ki, Xəzər dənizində yerləşən "Dostluq" neft yatağının birgə istismarı da əməkdaşlığın mühüm nümunəsidir.
"Sözügedən əməkdaşlıq təkcə taktiki deyil, həm də strateji xarakter daşıyır. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin müntəzəm görüşləri bu əməkdaşlığın siyasi tərəfini də göstərir. Türkmənistan rəsmi olaraq neytral mövqe sərgiləsə də, özünə siyasi vektor müəyyənləşdirib və bu səfərlər həmin istiqamətdə atılan addımlardır", – deyə Fərhad Hüseynov fikrini tamamlayıb.
Oksana Orucova

Siyasi       Tarix: 17 iyul 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər