Polşada azərbaycanlı qadının üç dildə keçirilən doğuş prosesi
Polşada azərbaycanlı qadının üç dildə keçirilən doğuş prosesi
Rusiyalı qadın Polşada azərbaycanlı qadına övladını dünyaya gətirməkdə köməklik göstərib.
Tanyanın daha əvvəl "X" sosial şəbəkəsində azərbaycanlı qadınla tanış olaraq dostlaşması və səsli əlaqə saxlamaqları qadını bu çətin vəziyyətdən xilas edib.
Tanya Polşada mama həkim işləyir, rus və polyak dillərində danışır. Bu yaxınlarda onun işlədiyi yerə yalançı sancılarla 20 yaşlı azərbaycanlı qadın daxil olub. O və əri yalnız Azərbaycan dilini biliblər, nə baş verdiyini ümumiyyətlə başa düşməyiblər.
"Tərcüməçi kimi sənə zəng etməyi düşünürdüm", - deyə Tanya zarafatla Moskvada yaşayan rəfiqəsi Fidana yazıb.
Tanya Fidanla internetdə dostlaşıb. Fidan uşaq xəstəxanasında işləyib, tez-tez Bakıdan gələn xəstələri qəbul edərkən köməklik göstərib və istənilən vaxt ona zəng edə biləcəyini deyib.
Beləliklə, onlar razılığa gəliblər. Doğuş günü həkimlər Tanya ilə polyak dilində danışıblar. O, həkimlərin dediklərini Fidan üçün rus dilinə tərcümə edib. Fidan isə hər şeyi Azərbaycan dilində telefonla yüksək səsli əlaqə vasitəsilə doğuş edən qadına çatdırıb. Birlikdə onlar epidural anesteziyanın nə üçün lazım olduğunu, anesteziyadan əvvəl necə nəfəs almağı izah edib, doğuş edən qadına dəstək olub və onu sakitləşdiriblər.
Göbək bağının uşağa ikiqat dolanması səbəbindən qeysəriyyə əməliyyatı tələb olunub. Fidan telefon bağlantısı vasitəsilə və doğum otağında olan mama həkimləri birlikdə qadına köməklik göstəriblər.
Yeni doğulan körpənin ağciyərlərində problemlər yaranıb və onu dərhal oksigen aparatına qoşublar. Fidan neonatoloqlarla birlikdə gənc anaya körpəsinin nə vəziyyətdə olduğunu başa salıb. O, doğuşdan sonra bütün sualları cavablandırıb və polyak dilini bilməyən qadın başqa ölkədə özünü tənha hiss etməsin deyə ona öz nömrəsini qoyub.
Mənbə: "BAZA" "Telegram" kanalı / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR