Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRH

Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRHXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII Çağırış Milli Məclisin ilk iclasında iştirak edib.
Dövlət başçısı iclasda çıxış edərək nitq söyləyib.
Ölkə başçısının ali tribunadan səsləndirdiyi fikirlər diqqət çəkib.
Prezident iclasda müxtəlif məsələlərdən, eləcə də sülh müqaviləsini imzalamaq istəməyən Ermənistandan, o cümlədən Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsini həzm edə bilməyən xarici qüvvələrdən danışıb.
Bəs, dövlətimizin başçısı "Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır" dedikdə hansı qüvvələri nəzərdə tutur?
Ali Baş Komandan Ermənistanın yenidən silahlandırıldığını və müharibəyə hazırlaşdığını da qeyd etdi.
Görəsən, bu mesaj yeni müharibə siqnalı ifadə edə bilərmi?
Məsələylə bağlı VII Çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlama verib.
Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRHDeputat bildirib ki, Prezident Parlamentin ilk iclasında Azərbaycanın milli vəzifələrini ön plana çəkdi:
"Azərbaycan Prezidenti VII Çağırış Parlamentinin açılışında etdiyi nitqində bir sıra mühüm məsələlərə toxundu. Azərbaycanın yaratdığı reallıqlar kontekstində yeni milli vəzifələrimizə işarə etdi. Azərbaycan Prezidenti bir nömrəli milli vəzifə kimi hərbi təhlükəsizlik məsələsini önə çəkdi. Bu da səbəbsiz deyil. Əslində, Azərbaycan Prezidenti nitqinin başqa bir hissəsində belə bir qiymətləndirmə apardı ki, Azərbaycanın suverenliyini qəbul etməyən qüvvələr var və biz bu gücləri görürük. Daha aydın şəkildə isə bir il öncə keçirdiyimiz lokal antiterror əməliyyatları nəticəsində gördük. Ona görə də regionda vəziyyəti mürəkkəbləşdirməklə üçüncü Ermənistan-Azərbaycan müharibəsi hazırlamaq istəyən revanşist mərkəzlər mövcud olduğuna görə Azərbaycan öz hərbi qüdrətini artırmalıdır".
Millət vəkili əlavə edib ki, Ermənistanın 30 ildə torpaqlarımızdan əl çəkməməsi və yenidən revanşist əməllər törətməsi qəbuledilməzdir:
"Əgər biz müharibədən ötən dörd il müddətində Ermənistanın, onu himayə edən ölkələrin davranışlarına baxsaq, görəcəyik ki, ötən dörd il Azərbaycanı müharibəyə doğru aparır. Sülhə yaxınlaşdırmır. Çünki Ermənistan silahlandırılır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu ölkəni bəzən Fransa, bəzən isə Hindistan və digər ökələr maliyyələşdirir. Nəticə etibarilə, silahlanma Azərbaycana qarşı hesablanır. Otuz il qonşu ölkənin, yəni Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlamış bir ölkənin yenidən silahlandırılması, revanşist müharibəyə sürüklənməsi qəbuledilməzdir. Bu baxımdan, Azərbaycan öz gücünə arxalanır, inanır. Şübhəsiz ki, İlham Əliyevin də dediyi kimi, "biz hər an Ermənistanın təxribatlarına hazır olmalıyıq". Doğrudan da biz sülh istəyiriksə, mütləq müharibə şəraitinə hazır olmalıyıq. Düşünürəm ki, Azərbaycan Prezidentinin nitqində bu ifadələr ümumi məzmunda çox səciyyəvi şəkildə özünü biruzə verib".
Mövzuya münasibət bildirən politoloq Tural İsmayılov azxeber.com-a açıqlamasında qeyd edib ki, Prezidentin xarici qüvvə adlandırdığı güclər məhz Ermənistan vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmağa çalışan Qərb imperializmidir:
Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRH"Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Qərb imperializmi Ermənistan vasitəsilə Cənubi Qafqaz bölgəsində gərginlik yaratmağa çalışır. Əlbəttə ki, Qərb imperializminin bu təhlükəli hərəkətləri nəticədə Azərbaycann bölgədə sülhlə bağlı təşəbbüslərinin və planlarının aradan qalxmasına səbəb olur. Bu, istənilən halda Ermənistanın kütləvi şəkildə silahlandırılması, sözügedən ölkəyə Qərbin göstərdiyi dəstəklər Azərbaycanla bölgədə ədalətsizlik yaradır. Cənab Prezident İlham Əliyev də məhz buna görə öz mesajında vurğuladı ki, bu gün Azərbaycanın qazandığı qələbədən sonra regiondakı yeni reallıqları həzm edə bilməyən qüvvələr var və həmin güclər vəziyyəti daha da gərginləşdirməyə çalışırlar".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRH

Siyasi       Tarix: 26 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu en son xeberler bu gun valyuta mezennesi banklar xəbərlər