Prezident müsahibə zamanı Zəngəzur məsələsini aktuallaşdırdı' - ŞƏRHLƏR

Prezident müsahibə zamanı Zəngəzur məsələsini aktuallaşdırdı' - ŞƏRHLƏRMəlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də yerli televiziya kanallarına müsahibə verib.
Dövlət başçısı müsahibə zamanı bir sıra mühüm məsələlərə diqqət çəkib.
Prezidentin ən yaddaqalan fikirlərindən biri isə məhz Ermənistanla mümkün sülh müqaviləsinin imzalanması, eyni zamanda "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" sitatı oldu.
Bəs, cənab Prezidentin qeyd etdiyi vacib məsələlər nə zaman öz həllini tapa bilər?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı azxeber.com-a açıqlamasında deyib ki, Prezident verdiyi müsahibə zamanı Zəngəzur və daha bir neçə məsələni aktuallaşdırdı:
Prezident müsahibə zamanı Zəngəzur məsələsini aktuallaşdırdı' - ŞƏRHLƏR"Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı Zəngəzur dəhlizi layihəsini yenidən aktuallaşdırdı. Dövlət rəhbərimizin "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" tezisi Ermənistana ünvanlanmış növbəti xəbərdarlıqdır. Rəsmi İrəvan 10 Noyabr bəyanatı əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bilindiyi kimi, üçtərəfli bəyanatın 9-cu bəndi məhz Zəngəzur koridoru ilə bağlıdır. Lakin keçən dövr ərzində qarşı tərəf uzlaşmaz siyasi ritorika sərgiləməklə dəhliz faktorunu rədd edir. Bu isə mövcud vəziyyəti gərginləşdirir. 
Rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsində olduğu kimi sülh danışıqları ilə bağlı da imitasiya edir. Özünü dırnaqarası sülh göyərçini kimi təqdim edən Nikol Paşinyan ölkə sərhədlərini Fransa kimi imperialist güclərə açmaqla regional təhlükəsizliyə ciddi təhdid yaradır. Bu il də hesab edirəm ki, Ermənistan rəhbərliyi ənənəvi xətt üzrə hərəkət etmək cəhdlərini davam etdirsə, qlobal arenada və regionda baş verən proseslər fikrimcə İrəvan üçün müsbət heç nə verməyəcək".
Mövzuya geosiyasi müstəvidən münasibət bildirən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı azxeber.com-a açıqlamasında deyib ki, Ali Baş Komandan sözügedən müsahibəylə bir daha qətiyyətini dünyaya göstərmiş oldu:
Prezident müsahibə zamanı Zəngəzur məsələsini aktuallaşdırdı' - ŞƏRHLƏR"Əvvəla, onu deyək ki, Azərbaycan Prezidenti çox yerində və zamanında düşünülmüş müsahibə verdi. Ölkə ictimaiyyətini düşündürən bir sıra suallara bu müsahibədə aydınlıq gətirildi, cavab verildi. Ali Baş Komandan bir daha qətiyyətini dünyaya göstərdi. Xüsusilə, "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" deməsi Azərbaycanın bu məsələdə qətiyyətinin bir daha nümayişi idi. Bu cümlədə Ermənistan, ən çox da cənub qonşumuz İran öz mesajını aldı. Bilirsiniz ki, Zəngəzur dəhlizinin açılmasını ən çox istəməyən region ölkəsi İrandır. Rəsmi Tehran hər vəchlə dəhlizin açılmasına mane olmağa çalışır. İran Zəngəzur dəhlizinin açılmasını heç zaman istəməyib. Bunun da ən çox iki səbəbi var".
Poliitoloq Zəngəzur dəhlizinin açılmamasını istəyən iki qüvvənin - İran və Ermənistanın olduğunu açıqlayıb və bunun səbəblərini də izah edib:
"Birincisi, Naxçıvanın blokadadan çıxarılması Azərbaycanın ondan asılılığını sonlandırır ki, bu da İrana sərf etmir. İkincisi, Zəngəzur dəhlizi açılarsa, Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır. Cənub qonşumuz üzdə nə qədər Rusiyaya yaxınlığını göstərsə də, pərdəarxası həm də şimal qonşumuz amilinə görə Zəngəzur dəhlizinin açılmasını arzulamır. Amma istənilən halda bu məsələdə son söz sahibi Azərbaycandır və ölkəsinin də son sözünü Azərbaycan Ali Rəhbəri bütün dünyaya çatdırdı. İran hazırda çox çətin durumdadır. Uzun illərdir ki, bu ölkəyə sanksiyalar tətbiq olunur. Onun üçün də İranın dirənişi çox da uzun sürməyəcək. Yaxın illərdə Zəngəzur dəhlizi açılacaq. Bu məsələ indimi həll olunacaq, yaxud da qarşıdakı illərdəmi, bunu zaman göstərəcək. Hazırda Azərbaycanın qarşısında duran əsas məsələ irəli sürdüyü şərtlərlə Ermənistanla sülh müqaviləsinin əldə olunmasıdır ki, rəsmi Bakı ən çox bunun üzərində çalışır".
AĞ Partiya funksioneri Vətən müharibəmizdəki parlaq qələbəmizin 5 illiyinə ən böyük müjdənin sülh müqaviləsinin imzalanması ola biləcəyini də vurğulayıb:
"Bilirsiniz ki, bu ilin noyabrında II Qarabağ savaşındakı qələbəmizin 5 illiyi tamam olur. Hesab edirəm ki, bu şərəfli tariximizin ildönümü ilində sülh müqaviləsi imzalana bilər. Açığı bu məsələdə çox ümidliyəm. 2025-ci il Qarabağ məsələsinin tam olaraq, bitiş ili ola bilər. Zatən biz döyüş meydanında bu məsələni bitirmişik, qələbəmizi qazanmışıq, suverenliyimizi tam bərpa etmişik. Qalıb bunu diplomatik masaya yansıdıb birdəfəlik həll etmək. Onun üçün də son mərhələyə yaxınlaşmışıq. Artıq Ermənistan dalana dirənib. Bunu baş nazir Nikol Paşinyan da görməmiş deyil. Sadəcə onlar hər günə qənimət gözü ilə baxırlar. Bu günün isə birdəfəlik bitməsinə bəlkə də günlər, aylar qalıb. Amma bu gün 2025-ci ilin bir tarixə yazılacaq bir günündə bitəcək. Xalq olaraq, milli məsələlərimizdə Azərbaycan Ali Baş Komandanın birmənalı yanında dayanmalıyıq. Onsuz bu dəstək var və Dövlət Başçısı son müsahibəsində bunu ifadə etmiş oldu".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Prezident müsahibə zamanı Zəngəzur məsələsini aktuallaşdırdı' - ŞƏRHLƏR

Siyasi       Tarix: 09 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri en son xeberler bu gun sonxeber.az bugun xeberler