Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.
KONKRET.az onlardan bir neçəsi barədə məlumatları təqdim edir:
Nihat Abdullayev Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksinin məzunudur. O, ADA universitetinin tələbəsidir. Nihat Abdullayev süni intellekt əsaslı "SamSam" startapı ilə dünyanın ən böyük startap müsabiqələrindən olan "Startap World Cup"da yarışmaq haqqı qazanıb.
"Samsam" ABŞ-dəki final mərhələdə seçiləcək qalibinə 1 milyon dollarlıq mükafat təqdim edən bu nüfuzlu müsabiqədə ölkəni təmsil edən ən yaxşı 5 startapdan biri kimi yarışıb.
"SamSam" uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan və süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir.
Aynil Əgdərli isə Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O, magistr təhsilini Bakı Mühəndislik Universitetdə alıb.
2019-cu ildən "Regional İnkişaf" İctimai Birliyində çalışır.
Prezident mükafatına layiq görülənlərdən Jalə Muradova da Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O da Aynillə birlikdə RİİB-də fəaliyyət göstərir. Jalə eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətində Könüllülərlə iş üzrə baş menecer kimi çalışıb.
Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova da var. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Məmmədzadə Vüqar isə bəstəkardır. 1996-cı ildə Bakıda anadan olub. Vətən müharibəsində könüllü iştirak edib və bir sıra medallarla təltif olunub.
Mircavid Ağalarov AMEA Milli Azərbaycan Tarixi Muzeyində çalışır, Arxeologiya elmi fond şöbəsinin əməkdaşıdır. O, Azərbaycan Universitetində müəllim kimi də fəaliyyət göstərib.//Qafqazinfo

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı