Prezidentin Qarabağla bağlı ilk tapşırığı bu olub - Nazirdən AÇIQLAMA

Prezidentin Qarabağla bağlı ilk tapşırığı bu olub - Nazirdən AÇIQLAMAPrezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizlə bağlı ilk tapşırığı həmin torpaqların əkilib becərilməsi ilə bağlı olub.
KONKRET.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda bildirib.
"Ermənilər 30 il ərzində işğal altında qalmış torpaqlarımıza sözün əsl mənasında zülm edib, oraları kortəbii şəkildə, barbarlıqla istismar edib. Üzüm sahələrimiz, taxıl tarlalarımız, pambıq sahələrimiz, meyvə bağlarımız tikanlığa cevrilib, viran edilib, mesələrimiz qırılıb, bulaqlarımız quruyub. Bu torpaqlara qarşı ekoloji terror törədilib. Ali Baş Komandan işğal altında olan torpaqlarımızı təkcə azad etməyib, həm də, zülmdən qurtarıb, o torpaqlara böyük mərhəmət, lütf bəxş edib. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb", – o deyib.
İ.Kərimov əlavə edib ki, torpaqlarımızın azad edilməsindən sonra rəhbərlik ediyi qurumun qarşısında bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, məhv edilmiş kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq, bu torpaqlara yeni həyat vermək vəzifəsi qoyub:
"Qarşımıza qoyulan vəzifələrin uğurla icrası üçün quruculuq işlərində ən müasir aqrar innovasiyalar tətbiq olunur. Bunu zəruri edən təkcə aqrar sahədə daha uğurlu nəticələr əldə etmək deyil. İnnovativ yeniliklər həm də qlobal iqlim dəyişikliyinin təbiətə, kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirməyə kömək edir.
Təəssüflər olsun ki, bu gün bütün dünyada torpaq və su resursları nizamsız şəkildə istifadə olunur. Bu isə son nəticədə ekoloji fəlakətə, iqlim dəyişikliyinə, qlobal istiləşməyə gətirib çıxarır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) son hesabatında qeyd olunur ki, torpaq və su ekosistemləri güclü təzyiqlə üz-üzədir. Qlobal iqlim dəyişikləri, su catışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Hesabat müəllifləri dünya ölkələrini torpaq və su ehtiyatlarından istifadədə innovativ yeniliklər tətbiq etməyə çağırırlar. Kənd Təsərrüfatı Nazirliyi həm də bu səbəbdən aqrar sahədə innovasiyaların tətbiqini özünün fəaliyyət prinsipindən biri elan edib. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası prosesində innovasiyalar əsas elementə çevrilib".

Sosial       Tarix: 24 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu sonxabar az son xeberler bugun 2026 canli