Putin Kursk bataqlığından çıxa biləcəkmi? - Rusiya uduzur, Zelenski "əlini gücləndirir"

Putin Kursk bataqlığından çıxa biləcəkmi? - Rusiya uduzur, Zelenski Siyasi analtiklər düşünür ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində bəzi əraziləri ələ keçirməsi müharibənin gedişində müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Belə ki, Putin Kurskun işğalına qədər Ukrayna ilə ultimatum dili ilə danışırdısa, son hadisələrdən sonra proseslərin fərqli məcrada inkişaf edəcəyi gözlənilir.
Maraqlıdır, Ukraynanın Rusiya ərazilərini işğal etməsi Putinin ritorikasında dəyişikliklərə səbəb olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov baş verənlərin Ukraynanın mövqeyinin güclənməsinə səbəb olduğunu deyib:
Putin Kursk bataqlığından çıxa biləcəkmi? - Rusiya uduzur, Zelenski "Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə müdaxiləsi, Kursk vilayətindəki bəzi əraziləri ələ keçirməsi yeni vəziyyət yaradıb. Görünən odur ki, qarşı tərəf buna hazır deyildi. Ukrayna özünün və ya havadarlarının kəşfiyyat məlumatları əsasında rusların bu istiqamətlərdə boşluqlar buraxdığını bilirmiş. Onlar Rusiyanın bu mövqedə zəif olduğuna əminlik hasil etdikdən sonra hücum etdilər və uğur qazandılar. Təbii ki, bu da Ukraynanın siyasi-diplomatik anlamda müəyyən qədər güclənməsinə səbəb olub".
Ekspert artıq Ukrayna tərəfinin də şərtlər irəli sürəcəyini proqnozlaşdırır:
"İndiyə qədər Rusiya prezident Vladimir Putin ultimatum dilində danışırdı və qarşı tərəfdən öz tələblərinin icrasını tələb edirdi. İndiyə qədər diqtə edən tərəf Rusiya idisə, bundan sonra Ukrayna da masada öz şərtlərini irəli sürəcək. Bu amil həm də sülhün əldə olunması üçün əsas element kimi nəzərdən keçirilə bilər. Ancaq hesab edirəm ki, Ukrayna bununla da kifayətlənməyəcək və yeni ərazilər əldə etməyə çalışacaq. Genişmiqyaslı hücumlar gözləniləndir. Rusiya isə çalışacaq ki, itirilmiş əraziləri geri qaytarsın və yenidən diqtə edən tək tərəfə çevrilsin. Amma hazırki durum Ukraynanın həm siyasi, həm də diplomatik sahədəki mövqeyini gücləndirir".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 12 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber zelzele krminal bu gun