Putin xaricdəki düşmənlərini görün necə məhv edir - SENSASİON MƏQAMLAR
"Rusiyanı tərk edən siyasətçilər ölkəni bir neçə yerə parçalamaq planları hazırlayırlar". Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. Bəs görəsən, Narışkin kimləri nəzərdə tutur və onun dedikləri nə dərəcədə realdır? Ümumiyyətlə, Rusiyanı parçalamaq mümkündürmü?
Mövzunu KONKRET.az-a politoloq Cavanşir Abbaslı şərh edib:
"Bu, kifayət qədər ciddi bir şəxsin səsləndirdiyi fikirlərdir və təsadüfi yerə deyilməyib. Son günlər xaricdəki rusiyalı siyasətçilər və biznesmenlər Qərb dairələri ilə əlaqələr quraraq Putinə qarşı fəaliyyət göstərirlər. Zaman-zaman onların cəzalandırılmasının da şahidi olmuşuq. Bir neçə rus siyasətçi xaricdə müxtəlif yollarla sıradan çıxarılıb. Cəza metodu kimi isə zəhərlənmədən istifadə edilib. Sonuncu dəfə Skripal və qızına qarşı da zəhərlənmə metodundan istifadə edildiyini gördük. Bundan başqa Navalnı və Nemtsovu da misal çəkə bilərik. Odur ki, kəşfiyatı güclü olan bir ölkənin yüksək vəzifəli şəxsinin açıqlaması təsadüfi deyil. Təbii ki, bu, Kremllə razılaşdırılıb. Moskva demək istəyir ki, Ukrayna ilə müharibəyə başı qarışsa da, Putinə qarşı yönələn xaricdəki siyasətçilər barəsində də cəza tədbirləri görüləcək. Təbii ki, bu cür şəxslər vasitəsi ilə Rusiyanı parçalamaq mümkün deyil. Bunun yeganə yolu hansısa savaşda məğlub olmasıdır. Belə ehtimal isə mövcud deyil. Çünki Ukrayna savaşının nəticəsi Rusiyanın xeyrinə dəyişəcək".
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir