Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdiYeni il gecəsi Kreml rəhbəri Vladimir Putinin Rusiya prezidenti vəzifəsində Boris Yeltsini əvəz etməsindən 25 il ötür. Bu uzun müddət ərzində o, demək olar ki, heç vaxt rəsmi olaraq heç nəyə görə üzr istəməyib.
KONKRET.az xəbər verir ki, bu barədə "Tayms" nəşri yazıb.
Nəşr qeyd edir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında faciəli insidentin – 38 nəfərin ölümü ilə nəticələnən Azərbaycan təyyarəsinin Rusiya hava məkanında qəzaya uğradığını etiraf edib.
Bildirilir ki, Putin Rusiyanın məsuliyyət daşıdığını boynuna almasa da, bunu etiraf etməyə yaxınlaşıb.
Materialda qeyd edilir ki, Rusiyanın instinktiv reaksiyası amerikalı ekspertlərin gəldiyi nəticəni təkzib etmək və təyyarə qəzasını quşlarla tiqquşma ilə əlaqələndirmək olub:
"Putin bu absurd yalanın Əliyevi inandırmayacağını bilib. Əliyev də Rusiya liderinə xarici fiziki və texniki müdaxilənin təyyarəni Xəzər dənizinin Qazaxıstan sahillərində eniş etməyə məcbur etdiyini söyləyib.
İndi Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın məsuliyyət daşımasını tələb edir. O, həm də Moskvanın qərb sərhədlərindən uzaqlaşdırmağa ümid etdiyi NATO müttəfiqi Türkiyə ilə sıx müttəfiqdir və bir neçə il əvvəl Moskvanın Qafqazdakı müttəfiqi Ermənistanı biabırçı şəkildə məğlubiyyətə uğratdı.
Putinin üzr istəməyə gücü çatır. Eyni zamanda o, fəlakətin günahını Ukrayna və onun pilotsuz təyyarələrinin üzərinə yıxmaq üçün "tam araşdırma" aparmağa çalışacaq".
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Dekabrın 28-də Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edərək, hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən Əliyevə zəng edərək, bu mövzuda müzakirəni davam etdirib./axaraz

Siyasi       Tarix: 31 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler sou xeberler sosial yardim bu gune olan xeberler