Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdırRusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Szinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb.
Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Szinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını vurğulayıb.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
"Putinin Sinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı, Rusiya-Çin əməkdaşlığından da bəhs edib. Misal üçün Putin deyib ki, Çinin Sibirin zənginliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Ukrayna müharibəsi səbəbindən Rusiya iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmasaydı, Rusiyanın Çindən bu qədər yatırıma ehtiyacı olmazdı", – o vurğulayıb.
Politoloqun fikrincə, Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir:
"Təsadüfi deyil ki, NATO Baş katibi Mark Rutte son açıqlamalarının birində Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib.
Rusiya prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya prezidenti həmin sammitdə Çin lideri ilə birgə, ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçiriləcəyinə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çində Trampla həm də ona görə görüşməyə çalışır ki, Kreml sahibi böyük ehtimalla ABŞ-da keçiriləcək "Böyük Səkkizlər"in zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir".

Siyasi       Tarix: 03 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Səfə

İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. xəbə

"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. . Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb. Paşinyan bildirib ki, sülh sazişinin imzalanmas

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. KONKRET. -a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib. "Bu yaxınlard

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki

Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda saxlanılan cinayətkar ermənilərə məktubların poçt vasitəsilə göndərilməsi ilə bağlı təklifi gözlənilməz vəziyyət yaradıb. xəbər verir ki, məlum olub ki, Ermənistanda

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər. xəbər verir ki, bunu Çinin Vaşinqtondak

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib

İranın daxili işlər naziri İsgəndər Momeni göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə İsgəndər Momeni İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edib ki, Azərbayc


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou ensonxeberler son.xeber cəbhədən son vəziyyət