Putinin üzrxahlığı Rusiya ictimai rəyində: 'Gözləmək çirkin görünərdi

Putinin üzrxahlığı Rusiya ictimai rəyində: 'Gözləmək çirkin görünərdi"Vladimir Putin tərəfindən Prezident İlham Əliyevə edilən zəng çox mühüm əhəmiyyətə malikdir. Çünki telefon danışığı zamanı iki lider demək olar ki, mümkün böhranı həll etdilər".
Bunu Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, Azərbaycana məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulmasına görə iki ölkə arasında siyasi böhran artmaqda idi:
"Sərnişinlərin və ekipaj üzvlərinin ifadələrindən anlaşılan o idi ki, Azərbaycan mülki təyyarəsinin qəzaya uğramasının səbəbi Qroznıdakı Rusiya HHM sistemləri tərəfindən vurulması, təyyarənin naviqasiya sistemlərinin radioelektron mübarizə sistemləri tərəfindən söndürülməsi, Mahaçqala, Maqas, Mineralnie Vodı kimi yaxın aeroportlarda enə bilməyib daha uzaq məsafədə yerləşən Aktau şəhərinə uçmağa məcbur edilməsi idi. Azərbaycan tərəfində də bununla bağlı tam əminlik yaranmışdı. Bu səbəbdən sual yaranırdı: nə üçün Rusiya hakimiyyəti bu hadisəyə görə öz məsuliyyətini qəbul etmir? Lakin Rusiya hakimiyyəti bu məsələdə tələsmədiyi üçün, günahını qəbul edib Azərbaycandan üzr istəməklə bağlı Rusiya ictimai rəyində çağırışlar eşidilməyə başlandı. Görünür, Vladimir Putin istintaqın nəticələrini əldə etdi və bu məlumatlara əsasən Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bu fəlakətə görə Rusiyanın tam məsuliyyətini qəbul etdi".
"İlkin hesabat qəzadan sonra 30 gün ərzində dərc edilməli, yekun hesabat isə 12 aydan gec olmayaraq dərc edilməli idi. Lakin Rusiya hakimiyyəti bu 30 günü gözləmədi. Bu, düzünü desək, kifayət qədər çirkin görünərdi. Ona görə də Təhlükəsizlik Şurasının məruzəsindən sonra belə bir qərar qəbul edildi. Beləliklə, bu fəlakət səbəbindən Rusiya və Azərbaycan arasında potensial gərginlik həll edildi, problem iki dövlət və xalq arasında dostluq və müttəfiqlik münasibətləri ruhunda həllini tapdı", - deyə politoloq vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu fəlakətdən istifadə edib Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq üçün istifadə etməyə çalışan qüvvələr fəallaşmışdı:
"Bu, əsasən türkofob və azərbaycanofob qüvvələrdir. Onlar bunun üçün geniş informasiya kampaniyası başlatdılar. Lakin görünən odur ki, Prezident Putinin zəngi Rusiyaya və Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasına son qoyacaq. Rusiya və Azərbaycan dostdur və ümumi faciələr dostları ayırmır, əksinə birləşdirir". / azxeber.com

Siyasi       Tarix: 29 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler sou xeberler sosial yardim bu gune olan xeberler