"Qara taun" və onun mənbəyinin 700 illik sirri açıldı

Tədqiqatçılar 14-cü əsrin ortalarında Avropa, Asiya və Şimali Afrikada yayılan tarixin ən ölümcül epidemiyası olan "Qara taun" (Qara ölüm) mənşəyinin təxminən 700 illik sirrini tapıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, "Bubon taun"u da adlandırılan virus ticarət yolları boyunca yayılaraq qitələri bürüyüb və on milyonlarla insanın həyatına son qoyub.
Belə ki, Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun professoru Yohannes Krause, "Biz təkcə "Qara ölüm"ün əcdadını deyil, həm də bu gün dünyada dolaşan taun növlərinin əksəriyyətinin əcdadını tapdıq", – deyib.
Stirlinq Universitetinin alimi Filip Slavin isə  "Qara ölüm"ün mənşəyi ilə bağlı əsrlərdir davam edən mübahisələrə son qoyduqlarını bildirib.
Epidemiyanın mənbəyi ilə bağlı araşdırmaların sonuncusu "Nature" jurnalında dərc olunub.
Slavin 1338-39-cu illərdə Qırğızıstanın şimalında baş verən qəfil ölümlərlə bağlı 1890-cı ildə aparılan araşdırmada bir dəlil tapdıqlarını açıqlayıb. Slavin qədim DNT-ni tədqiq edən ekspertlər qrupu yaradıb və bölgəyə gedib. Bakteriyanın genomunun tam təhlili onun səkkiz il sonra Avropada "Qara ölüm"ə səbəb olan növün birbaşa əcdadı olduğu müəyyən edilib.
Alimlər bildiriblər ki, ştamın ən yaxın növü eyni bölgədən olan gəmiricilərdə də tapılıb.
İqbal Rzayev,
KONKRET.az

Sağlamlıq       Tarix: 16 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 hava proqnozu cəbhədən son dəqiqə ən son xəbər