Qara tut haqqında bilmədikləriniz

Qara tut haqqında bilmədiklərinizQara tut 2-3 sm uzunluğunda yumşaq və dadlı meyvədir. O hündür tut ağacının dadlı və ətirli giləmeyvəsidir. Qara tut ağacının meyvələri tünd bənövşəyi, tünd qırmızı və ya qara-qırmızı rənglərdə olur. Qara tut meyvələri sulu və dadlı olur və hər il yetişir. Tam böyümüş tut ağacından il ərzində 200 kiloqrama qədər meyvə tollamaq mümkündür. Tut meyvəsi iyun ayının ortalarından yetişməyə başlayır və vaxtında toplanmadıqda tökülür.
Tutun elmə 16 növü məlumdur. O Asiya, Afrika, Şimali Amerika, Bolqariya, Rumıniya, Rusiya və Ukraynada geniş yayılmışdır. MDB ölkələri arasında tut ən çox Azərbaycanda bitir. Qara tut isə ən çox Azərbaycan və Çində yetişir. Qara tutun 4000 ilə yaxın yaşı vardır. Bu giləmeyvə barədə Bibliyada da yazılara rast gəlmək mümkündür. Qara tut tez yetişən və tez xarab olan meyvələrdəndir. Onu əsasən yığan kimi yemək lazımdır. Zədəsiz halda yığılan qara tutu polietilen paketdə 3 gün saxlamaq mümkündür. Qara tutu uzun müddətli saxlamaq istədikdə isə onu qurudub saxlamaq lazımdır. Bunun üçün tut meyvələrini isti havalarda 1-2 həftə qurutmaq, sonra isə xüsusi sobada 30-40*C-də bir müddət saxlamaq lazımdır. Bəzi insanlar tutu dondurucuda da bir müddət saxlayırlar.
Qara tut (Lat.Morus)nın Tərkibi
100 qram tutda olan qida dəyəri:
- Zülallar - 0,7 qr
- Yağlar - 0,4 qr
- Karbohiodratlar - 1,8 qr
- Su - 82,6 qr
- Kalori - 50,5 kKal.
Qara tut (Lat.Morus) Xeyri
Qara tutun tərkibi A, B1, B2, B6, E, C, K vitaminləri, dəmir, marqnes, sink, selen mikroelementləri, kalsium, nartium, maqnium, fosfor makroelementləri ilə zəngindir. Hipokaliemiya zamanı qara tut yeməyin faydası çoxdur. Buna görə də həkimlər orqanizmdə kalium mübadiləsinin pozulmaları zaman xəstələrə qara tutdan hazırlanmış ekstrakt təyin edirlər.
Qara tutdan ürək xəstəlikləri(miokardiodistrofiya, müxtəlif dərəcəli ürək qüsurları və s.) və böyrək xəstəlikləri səbəbindən əmələ gələn xroniki şişkinliklər zamanı istifadə edirlər. Qara tutun tərkibində olan kalium bu xəstəliklərin əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına səbəb olur.
Davamlı olaraq qara tut yemək təngnəfəsliyin aradan qalxmasına səbəb olur, ürəkdə baş verən ağrıların azalmasına və ürək ritmlərinin normallaşmasına səbəb olur.
Maddələr mübadiləsi pozğunluqları və qanazlığı zamanı da qara tut yemək faydalıdır. Onun faydasını görmək üçün ən azı iki həftə müəyyən miqdarda tut yemək lazımdır.
Qara tut mədə-bağırsaq sisteminin işinə də təsir edir. Qara tutu kal halda yedikdə ishalın kəsilməsinə səbəb olur. Tam yetişmiş tut isə bağırsaqları yumşaldır. Qəbizlik zamanı dəymiş tut, ishal zamanı isə kal tut yemək əlamətlərin aradan qalxmasına səbəb olur.
Prostatit əlamətlərini aradan qaldırmaq və kişi gücünü bərpa eləmək üçün qara tut yemək lazımdır. Bunun üçün 1 kq qara tutun üzərinə 200 qram bal əlavə edilib bir-neçə gün soyuducuda saxlamaq və yatmazdan əvvəl 1 xörək qaşığı yemək lazımdır.
Qara tutun bakteriasid və antiseptik xüsusiyyəti var. Onun şirəsi ilə ağız boşluğu və boğazı qarqara eləmək iltihabın və ağrıların azalmasına səbəb olur. Qara tutun(2 xörək qaşığı) üzərinə qaynar su(200 ml)töküb 4 saat saxladıqdan sonra içmək və ya onunla ağız boşluğunu yaxalamaq boğaz ağrılarının azalmasına səbəb olur. Əsəb gərginliyi, yorğunluq, yuxusuzluq zamanı qara tut dəmləməsinin faydası çox böyükdür. Bunun üçün 1 kq qara tutu 500 ml suda zəif odun üzərində 30 dəqiqə qaynatmaq lazımdır. Bu zaman rəngli maddə alınır. Soyuduqdan sonra bu maddənin üzərinə 300 qram bal əlavə edib yenidən 80*C-ə qədər qızdırmaq və qarışımdan gündə 1 çay qaşığı olmaqla 3 dəfə içmək lazımdır.
Kulinariyada qara tutdan desertlər, piroqlar, mürəbbələr, kompotlar, kisellər, şərbətlər, bulkalar hazırlanır.
Qara tut (Lat.Morus)nın Ziyanı
Həddindən çox qara tut yemək ishala səbəb ola bilir. Yüksək təzyiqli xəstələrə, şəkərli diabet xəstələrinə çoxlu miqdarda qara tut yemək olmaz.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar enson xeberler valyuta mezennesi banklar krminal bu gun