Qardaş ölkədə vəziyyət ağırlaşır – Xəstəxanalardakı qorxunc mənzərə
Türkiyədə epidemioloji vəziyyət ciddiləşir.
KONKRET.az xəbər verir ki, Türkiyə daxilində başda qrip olmaqla digər virusların artması narahatlıq yaradır.
Yanvarın birinci yarısında ölkə üzrə tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət edənlərin 22,3 faizində qrip, 20,7 faizində rinovirus, 20,5 faizində isə Covid-19 aşkarlandığı məlum olub. Ağır kəskin respirator infeksiya ilə xəstəxanaya yerləşdirilən xəstələrdən götürülən tənəffüs yolu nümunələrində 7,4 faiz qrip virusu aşkar edilərkən, RSV hallarında artım əyrisinə də diqqət çəkilib.
Həkimlər isə qardaş ölkədəki mənzərəni qorxunc adlandırır.
Qrip, RSV, rinovirus və Covid-19-un oxşar simptomlarla irəlilədiyini ifadə edən infeksionist-həkim Ebru Çakır Edis müayinələrin sayının artırılmasının və xəstəxanalarda maskaların istifadəsinin məcburi hala salınmasının vacibliyini vurğulayıb. Həkim bir-birinə çox oxşar olan bu dörd xəstəliyi müayinə etmədən ayırd etməyin çox çətin olduğunu da qeyd edib.
Digər tərəfdən, Çində ortaya çıxan və sürətlə yayılan insan metapnevmovirusu (HMPV) mütəxəssisləri də narahat edir. Digər infeksionist Hüsrev Diktaş da məsələ ilə bağlı həyəcan təbili çalıb:
"Virus qızdırma, soyuqdəymə, öskürək, bəlğəm ifrazı kimi əlamətlərlə başlayır. Pnevmoniyaya çevrilirsə, hırıltı və oksigen səviyyəsinin azalması kimi daha ciddi problemlərə səbəb olur. Uşaqlar, 65 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi olan insanlar və immun sistemi zəif olan vətəndaşlar bu virusa yoluxma riski daha yüksəkdir.
HMPV tez-tez Covid-19 və qrip kimi digər tənəffüs xəstəlikləri ilə qarışdırıla bilər. HMPV diaqnozu üçün PCR testləri və sürətli tənəffüs testlərindən istifadə edilməlidir. HMPV-nin simptomları öskürək, burun axması və qızdırma kimi yuxarı tənəffüs yolları xəstəliklərinə bənzəsə də, irəliləmiş hallarda pnevmoniya müşahidə olunur . Təəssüf ki, bu virusa qarşı effektiv antiviral müalicə və ya peyvənd yoxdur. "
Pediatr Yakup Çağ isə uşaqlardakı yüksək temperaturdan və riskli hallardan söz açıb:
"Virus infeksiyaları pik həddə çatıb. Uşaqları izdihamlı mühitlərdən uzaq tutmaq və sağlam qidalanmalarını təmin etmək onların xəstəliklərdən qorunmasında mühüm rol oynayır. İmmunitet sistemi hələ formalaşmamış uşaqlar bir çox viruslara qarşı həssasdırlar. Xüsusilə də uşaq bağçası və məktəbdə. mühitlərdə, xəstə uşaqlar başqalarından təcrid olunmalı, xəstə uşaqlar məktəbə göndərilməməlidir. Əgər qızdırma 38-38,5 dərəcəyə çatarsa və 2 gündən çox davam edərsə, tibb müəssisəsinə müraciət edilməlidir"./yenisabah

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü