Qasımbəyli kəndinin su təchizatı yenidən qurulub
Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub. Kənd əhalisi tam olaraq içməli su ilə təmin olunub.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bu münasibətlə Qasımbəyli kəndində mərasim təşkil olunub. Mərasimdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, İcra Hakimiyyətinin və Agentliyin nümayəndələri, kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, Naftalan şəhərinin Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Bu məqsədlə 40-100 mm diametrli, 8.7 km su xətti çəkilib və 140 abonentə evə birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Əlavə olaraq qeyd olunub ki, Qasımbəyli kəndinin əhalisi 438 nəfər təşkil edir ki, günlük suya olan 100 kub metr tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin etmək mümkün olacaq.
Qasımbəyli kənd sakinləri bu günü səbirsizliklə gözlədiklərini, yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43.6 km su şəbəkəsi, 39.4 km kanalizasiya şəbəkəsi, məhsuldarlığı 3000 kub metr olan tullantı sutəmizləyici qurğular kompleksi istismar edilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir
"Pəncəli Ürəklər" aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı
Zelenski onunla görüşdən bəhs etdi
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
Ərəbistan vurdu və elan etdi: Tərəddüd etməyəcəyik
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Misirdə ABŞ obyekti VURULDU
Hakan Fidan HAMAS nümayəndə heyətini qəbul edib
Zaqatalada ağır qəza: Bir ailənin 4 üzvü yaralandı
İsveçdə 20 futbolçu itkin düşdü
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM
Milli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLAR
"WhatsApp Web" istifadəçilərinə şad xəbər
Çörək bahalaşacaq?