Qaxda Müslüm Maqomayevin atasının dükanı olan "İçəribazar" - FOTO

Qaxda Müslüm Maqomayevin atasının dükanı olan Qaxda Müslüm Maqomayevin atasının dükanı olan "İçəribazar" - FOTO
Qax qalasını İlisu sultanı Adı-Görklü bəy XVI əsrdə tikdirib. Bugünkü Qax şəhəri məhz tarixi mərkəz sayılan həmin qalanın içində böyüyərək müasir görkəm alıb. 
Müdafiə məqsədilə tikilən Qax qalasını XVIII əsrdə Nadir şah Əfşarın qardaşı İbrahim xan Car-Balakənə səfəri zamanı bərpa etdirib. 1738-ci ildə İbrahim xan Car üsyançıları tərəfindən öldürüldükdən sonra Qax qalasının rəisi hərbçilərlə birlikdə qalanı tərk edib və qala İlisu hakimlərinin nəzarəti altına keçib.
Çar Rusiyası 1844-cü ildə İlisu sultanlığını işğal etdikdən sonra strateji baxımdan əlverişli olan və indiki Qax şəhərinin mərkəzində yerləşən qala kompleksi rus əsgərlərindən ibarət qarnizonun yerləşmə məntəqəsinə çevrilib. İlisu sultanlığı ləğv edildikdən sonra qalada bir müddət general-mayor Burnonun komandanlığı altında olan qarnizon yerləşdirilib.
Çay daşları və əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış binaları, müxtəlif emalatxanalar, dükanlar və bazar olub. Elə buna görə də yerli əhali qalanın əhatə etdiyi daxili ərazini indi də "İçəribazar" adlandırırlar. 
Yerli və xarici turistlərin ən çox marağına səbəb olan tarixi bir məkana səyahət edirik.
Bizim.media xəbər verir ki, Qax şəhərinin bu qədim tarixi məhəlləsində yaradılan "İçəribazar" Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl istirahət məkanına çevrilib.
Turistlər "İçəribazar" kompleksi ilə tanış olarkən qədim memarlıq nümunələrini heyranlıqla seyr edirlər. 
Tikinti və yenidənqurma işləri zamanı "İçəribazar" küçəsindəki fərdi evlərin dam örtükləri yenilənib, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənib. Küçə boyunca qədimiliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkib. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Kompleksin ərazisində mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik tamaşaçı tutumu olan yaşıl teatr üçün sahə ayrılıb, sənətkarlar üçün 10 emalatxana, o cümlədən, tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı, təndirxana inşa olunub.
Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş etdirilir.
Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə burada olub, ata yurdunu ziyarət edib.
Qaxda Müslüm Maqomayevin atasının dükanı olan Qaxda Müslüm Maqomayevin atasının dükanı olan Qaxda Müslüm Maqomayevin atasının dükanı olan Qaxda Müslüm Maqomayevin atasının dükanı olan Qaxda Müslüm Maqomayevin atasının dükanı olan / oxu.az

Maraqlı       Tarix: 15 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər