"Qaynar Xətt"ə zənginizə cavab verilmirsə, yenidən zəng edin" - Səhiyyə nazirindən TÖVSİYƏ
"Qaynar Xətt"ə zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm".
KONKRET.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə şikayətlə bağlı daxil olan hər bir müraciət qeydə alınır və təhlil olunur:
"Məsələ tam dərindən öyrənilir. Vətəndaş məmnunluğunun təmin etmək üçün bütün lazımi addıtlar atılır".
Nazir həmçinin pandemiya dövründə edilən şikayət çoxluğuna da aydınlıq gətirib: "Nəzərə almaq lazım idi ki, pandemiya bütün dünya üçün yeni bir sınaq idi. Təbii ki, bütün şikayətlər araşdırılır. Misal olaraq, Bakı üzrə poliklinikaların nəzdində 41 məntəqə fəaliyyət göstərir. Onlar da test götürməklə məşğuldurlar. Son zamanlar koronavirusun yeni ştamı olan "Omikron"un yoluxuculuq qabiliyyətinin yüksək olmasından yoluxma sayları kəskin sürətdə artır. Bu da istər-istəməz şikayətlərin sayına təsirsiz ötüşmür. Qeyd edim ki, tibb işçiləri axşam saat 9-a kimi işləyir. Ona görə də əhalini bu məsələdə anlayışlı olmağa səsləyirəm. Amma istənilən halda "Qaynar Xətt"ə daxil olan bütün zənglər cavablandırılır. Kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto