Qazaxıstan Prezidenti BMT-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib etdi

Qazaxıstan Prezidenti BMT-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib etdiQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə "Ana tili" qəzetinə müsahibəsində bildirib.
"Mən BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın Baş katibi kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik etməli oldum. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri haqqında anlayış əldə etdim. Hesab edirəm ki, bu, artıq kifayətdir. Mənim ölkənin uzun illər davam edəcək inkişafı üçün böyük planlarım var və mən onları həyata keçirmək niyyətindəyəm", – o deyib.
Tokayevin sözlərinə görə, görünməmiş geosiyasi gərginlik şəraitində Qazaxıstan ölkənin təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə sadiqdir.
O həmçinin qeyd edib ki, həm Qərbdə, həm də bütün dünyada Qazaxıstanı orta güc adlandırırlar.
"Bu status, əlbəttə ki, bizi çox işlər görməyə, ilk növbədə, beynəlxalq arenada məsuliyyətli davranmağa, dövrümüzün ən aktual problemlərinə konstruktiv yanaşmağa məcbur edir. Buna əsasan Qazaxıstan "bütün bəşəriyyətin ümumi evi", qeyri-alternativ və universal təşkilat kimi BMT-nin ardıcıl dəstəkçisi olaraq çıxış edir", – Qazaxıstan lideri söyləyib.
O qeyd edib ki, əsas məqsədi dövlətin iqtisadi potensialını, suverenliyini və beynəlxalq mövqelərini gücləndirməkdir.
"Prezidentliyimin əvvəlindən bu günə kimi qəbul edilmiş qərarlara və onların nəticələrinə görə tam məsuliyyəti öz üzərimə götürürəm, mən başqa cür işləyə bilmirəm və işləmək də istəmirəm", – Tokayev fikrini yekunlaşdırıb./report

Siyasi       Tarix: 04 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər sosial yardim son xeberler 2026