Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır

Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdırAktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi mülki təyyarələr üçün təyinat nöqtəsi üzərində səmanı bağlamaq əmri verməyən hərbi xidmətlərin cinayətkar səhlənkarlığıdır.
Bu barədə "Report"a müsahibəsində qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.
Onun sözlərinə görə, "Kovyor" planının tətbiqi, yəni havadan hücum təhlükəsi zamanı Hava Hücumundan Müdafiə Qüvvələrinin işə salınması barədə məlumat AZAL təyyarəsi artıq idarəetməni itirdikdən sonra verilib.
Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması və üç ölkə vətəndaşlarının faciəli ölümü bir-biri ilə qarşılıqlı əlaqədə olmalı olan texniki xidmətlərin cinayətkar səhlənkarlığının nəticəsidir.
"Söhbət razılaşdırılmış şəkildə fəaliyyət göstərməli olan yerüstü xidmətlər və HHM hərbi xidmətlərindən gedir. Hərbçilər "Kovyor" əməliyyatının başlanması barədə vaxtında xəbərdarlıq etməli və mülki təyyarələr üçün səmanı bağlamalı və bununla da insan tələfatının qarşısını almalı idilər. Hərbçilər yerüstü aviasiya xidmətlərinin dispetçerlərinin mülki təyyarələri təhlükəli zonadan yan keçməklə başqa istiqamətə yönləndirə bilməsi üçün bu barədə onlara məlumat verməyiblər", - ekspert hesabatın bəndlərindən birini şərh edərkən bildirib. Həmin bəndə əsasən, "Kovyor" əməliyyatının başlanması barədə xəbərdarlıq təyyarə xarici zədələr aldıqdan sonra edilib.
"Hesabatda deyildiyi kimi, təyyarəyə xarici təsir olub. Söhbət təyyarənin fəaliyyət radiusunda daha böyük hədəfi seçən HHM sistemi tərəfindən zədələnməsindən gedir. Yəni pilotsuz uçuş aparatı ilə təyyarə arasında seçim zamanı hədəf "Embraer" olub", - Kaliyev vurğulayıb.
O qeyd edib ki, hesabatda göstərildiyi kimi, xarici təsir bütün GPS funksiyalarının sıradan çıxmasına səbəb olub.
Ekspertin fikrincə, ümumilikdə günahkarları müəyyən etmək kifayət qədər asandır, çünki hər şey sənədləşdirilir, həmin gün hərbçilər tərəfindən verilən bütün əmrlər qeydə alınmalıdır.
Onun sözlərinə görə, təyyarə qəzasında günahkar olan ölkənin üzr istəməsi, kompensasiya ödəməsi və günahkarları cəzalandırması kimi standart etiket dünyada artıq çoxdan mövcuddur.

Siyasi       Tarix: 06 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xeber cəbhədən ən son xəbərlər xeberler bugun