Qərb Rusiyanı Cənubi Qafqazdan belə qovur: Moskva zərbəni Türkiyədən alır, yoxsa...? - ŞOK DETALLAR

Qərb Rusiyanı Cənubi Qafqazdan belə qovur: Moskva zərbəni Türkiyədən alır, yoxsa...? - ŞOK DETALLARRusiyalı politoloq Andrey Areşevin, "Moskva Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər" açıqlaması birmənalı qarşılanmayıb. Üstəlik, politoloqun bunu Türkiyə faktoru ilə əlaqələndirməsi xeyli müzakirələrə yol açıb. Belə ki, politoloq Türkiyənin regionda güclənməsi fonunda Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğunun zəiflədiyinə diqqət çəkib. Bəs görəsən, Andrey Areşevin fikirlərində həqiqət varmı?
Mövzunu "KONKRET.az"a şərh edən politoloq İlham İsmayıl bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsiri azalıb və bunu inkar etmək olmaz:
Qərb Rusiyanı Cənubi Qafqazdan belə qovur: Moskva zərbəni Türkiyədən alır, yoxsa...? - ŞOK DETALLAR"Ancaq bu azalmanı Areşevin dediyi kimi Türkiyə faktoru ilə əlaqələndirmək doğru deyil. Hazırda Rusiya rəsmi formada yalnız Ermənistanda mövcuddur. Doğrudur, qeyri-rəsmi şəkildə Gürcüstanda Cənubi Osetiya və Abxaziya məsələsi ilə öz varlığını davam etdirir. Azərbaycanda isə Rusiyanın hərbi mövcudluğu faktiki olaraq yoxdur. Amma Areşevin məsələni Türkiyə faktoru ilə əlaqələndirməsi səhv yanaşmadır. Türkiyənin Rusiyanın Cənubi Qafqazda təsirini itirməsinə səbəb olan heç bir təzyiq vasitəsi yoxdur. Təzyiq bütövlükdə Qərbdən gəlir. Ancaq bu, birbaşa Rusiyaya yönəlmir. Qərb Ermənistan vasitəsi ilə Kremlə təzyiq göstərməyə çalışır. Ermənistan rəhbərliyi isə Qərbyönümlü siyasət yürütdüyündən bunu həyata keçirmək asanlaşır. Birinci addımı Ermənistan avqustun 1-də "Zvartnots" aeroportunda atdı. Belə ki, oradakı rus sərhədçiləri çıxarıldı. ikinci addım oktyabrın 7-də MDB dövlət başçılarının görüşündə atıldı. Burada Paşinyan Putinlə Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədlərini bərabər qorumaqla bağlı razılığa gəldi. Üstəlik, Mehridəki nəzarət-buraxılış məntəqəsini tamamilə ləğv edərək rusları ərazidən çıxartdı. Bu, birbaşa Zəngəzur dəhlizinə nəzarətlə bağlı olan məsələlərdir. Ona görə də, burada Türkiyəni yox, Qərbi günahlandırmaq lazımdır".
Politoloqun sözlərinə görə, Rusiya artıq baş verənlərə reaksiya sərgiləməyə başlayıb:
"İki gün əvvəl Zaxarova Zəngəzur dəhlizinə nəzarəti əldən verməyəcəklərini bəyan etdi. Bunun 10 noyabr üçtərəfli razılaşma əsasında həyata keçiriləcəyini vurğuladı. İkincisi, Rusiya Ermənistan hərbçilərinin birgə təlimi keçirildi. Bunun hərbi yox, siyasi yükü var idi. Məqsəd o idi ki, Rusiya Ermənistandan getmədiyini açıq-aşkar göstərsin. Ona görə də, Rusiyanın zəifləməsi Cənubi Qafqazı asanlıqla əldən verəcəyi anlamına gəlməməlidir. Çünki Rusiya Ermənistanda həm siyasi, həm də iqtisadi cəhətdən mövcuddur. Onu asanlıqla əldən verəcəyi inandırıcı deyil. Bunun üçün çox uzun zamana ehtiyac var".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər