Qida allergiyasının müalicəsində YENİLİK - İlk dəfə həyata keçiriləcək
Dünyanın bir çox bölgəsində görülən fıstıq allergiyasının müalicəsi üçün ilk dəfə olaraq Avstraliyada körpələrə immun gücləndirici müalicə tətbiq olunacaq.
KONKRET.az xəbər verir ki, fıstıqlara qarşı immun gücləndirici oral müalicə ölkədə ilkin səhiyyə xidmətinə daxil edilib.
Avstraliyanın Milli Allergiya Ekspertizası Mərkəzi (NACE) və 5 ştatdakı 10 uşaq xəstəxanası ilə birgə hazırlanan layihə fıstıq allergiyası diaqnozu qoyulmuş və həmin xəstəxanalardan birində müalicə alan 12 aylıqdan kiçik körpələrə tətbiq ediləcək.
Müalicə çərçivəsində körpələrə fıstıq tozunun digər qidalarla qarışdırılaraq məhdud miqdarda verilməsi və zamanla bu miqdarın artırılması planlaşdırılır.
Bəzi körpələrdə allergik reaksiyalar kimi yan təsirlərin ola biləcəyi bildirilir. Lakin həmin əks təsirlər bu yaş qrupunda olanlarda yüngül şəkildə üzə çıxır və müalicə tələb etmir.
Bundan əlavə, körpələrin müalicəsi tamamlandıqdan sonra ediləcək qida allergiyası testi müalicənin müvəffəqiyyətli olub olmadığını göstərəcək. 12 ay ərzində ediləcək rutin yoxlamalar isə uşağın gələcək həyat keyfiyyətinin və müalicənin uzunmüddətli nəticələrinin qiymətləndirilməsinə kömək edəcək.
NACE-nin professorlarından Kirsten Perrett bildirib ki, fıstıq allergiyası diqanozuna Avstraliyada çox rast gəliir.
"Bu diaqnoz qoyulan körpələrin həyati təhlükəsi olan vəziyyətlər yaşamadan məktəbdə yemək yeyə bilmələri ən böyük hədəfimizdir" – deyə professor qeyd edib.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var