"Qıtlığı müşahidə olunan dərmanların real qiyməti aşağı düşəcək" - RƏY + FOTO

"Qıtlığı müşahidə olunan dərmanların real qiyməti aşağı düşəcək" - RƏY + FOTO
Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. 
Bildirilib ki, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib. Qərar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.
Bəs görəsən, bu dərman qiymətlərinə təsir edə bilərmi? Sırf hansı dərman qrupunu əhatə edəcək?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, məqsəd bütövlükdə dərman preparatlarının qiymətinin optimallaşdırılması və tənzimlənməsidir:
"Dərman vasitələri haqqında qanuna edilən dəyişiklikdən sonra preparatların qiymətlərinin tənzimlənməsi əsas hədəflərdən idi. Bu baxımdan Tarif Şurası tərəfindən məhz yeni dövlət qeydiyyatına alınan 202 dərman məsələsinin qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsi də həmin dəyişikliklərdən irəli gələn tələblər siyahısındadır. Məqsəd bütövlükdə dərman preparatlarının qiymətinin optimallaşdırılması və tənzimlənməsidir. Eyni zamanda bir sıra dərman məhsulları üzərində qıtlığın aradan qaldırmasından ibarətdir".
Millət vəkili apteklərdə dərman satışında süni çətinliklər olduğunu qeyd edib:
"Siyahısı təsdiq olunan dərman preparatları daha çox istifadə olunandır. Bunun istifadə səviyyəsi nəzərə alınaraq siyahı təsdiq olunub. Eyni zamanda dərman preparatlarının bir qisminin tapılması ilə bağlı problem var idi. Qırtlıq müşahidə olunurdu.
Qiymətlərin təsdiq olunması bu məhsullar üzrə qıtlığın aradan qaldırılması və əlçatanlığının təmin olunmasına yardım edəcək. Digər tərəfdən də qiymətlərini də optimallaşdıracaq".
"Bu addım daha çox ehtiyac duyulan və qıtlığı müşahidə olunan dərmanların real qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.  Bütövlükdə dərman bazarında bu istiqamətdə optimallaşdırma davam edəcək. Xüsusən az satılan dərman preparatlarının qiymətində azalmalar gözlənilir", - deyə V.Bayramov əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 19 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər