Qızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEO

Qızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEOQızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEO
İnquşetiya prokurorluğu yeddi yaşlı qıza işgəncə verməkdə təqsirləndirilən 36 yaşlı yerli sakinə və onun 44 yaşlı həmkəndlisinə qarşı qaldırılmış cinayət işində ittiham aktını təsdiqləyib.
Bu barədə "Siloviki" "Telegram" kanalı Rusiya Baş Prokurorluğuna istinadla xəbər verib.
Daha əvvəl çoxsaylı xəsarət almış yeddi yaşlı qızın Nazran Uşaq Xəstəxanasına aparıldığı, sonra Moskvadakı Roşal Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiya İnstitutuna köçürüldüyü bildirilmişdi.
Aldığı xəsarətlər səbəbindən həkimlər azyaşlının sağ qolunun bir hissəsini amputasiya ediblər.
Artıq uşaq klinikadan evə buraxılıb. Rusiya Federasiyası İstintaq İdarəsinin məlumatına görə, qız qəyyumluq barədə sənəd olmadan xalasının ailəsində böyüyüb. Qızın xalası barəsində cinayət işi açılıb.
Müstəntiqlərin dediyinə görə, qadın və onunla birgə yaşayan kişi qızcığazı hətta kiçik səhvinə görə döyüblər. Bir dəfə isə uşağın əllərini iplə bağlayaraq uzun müddət tavandan asılı vəziyyətdə saxlayıblar.
Bundan əlavə, qadın uşağı zorla qaz sobasının qızmar metal qapağına oturdub.
(Həssas insanların videoya baxması tövsiyə olunmur)

"Nəticədə, qız ağır bədən xəsarətləri alıb, bu isə sağ qolunun bir hissəsinin amputasiya edilməsinə səbəb olub", - deyə, Baş prokuror bildirib. Onun sözlərinə görə, fiziki işgəncələrin sistematik şəkildə verilməsinə görə uşaqda psixi pozğunluq yaranıb.
Qadın və onunla bir yerdə yaşayan kişini 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Cinayət işinin materialları mahiyyəti üzrə baxılması üçün İnquşetiyanın Sunzjenski rayon məhkəməsinə göndərilib", - deyə, məlumatda qeyd olunur.
Uşaq hazırda İnquşetiyanın paytaxtı Maqasda anası ilə birlikdə yaşayır.
Qızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEOQızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEOQızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEOQızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEOQızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEOQızcığaza illərdir əziyyət verən qadına qarşı ittiham irəli sürüldü - VİDEO

Maraqlı       Tarix: 21 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar zelzele xabar az cəbhədən ən son xəbər