Qızılca ilə səhv salınan xəstəlik: skarlatina

Qızılca ilə səhv salınan xəstəlik: skarlatinaDaha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatinadır. İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə – boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır.
KONKRET.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-infeksionisti İlhamə Şirinovanın sözlərinə görə, skarlatina ən çox 3-7 yaşlı uşaqlar arasında rast gəlinən A qrup hemolitik streptakok (boğaz, burun və dəridə yaşayan bakteriyalar) tərəfindən törədilən yoluxucu xəstəlikdir: "Xəstəliyin əsas əlamətləri bədən hərarətinin kəskin artması (temperatur 38-39 dərəcəyədək yüksəlir), halsızlıq, boğaz və baş ağrısı, boyunda olan limfa düyünlərinin böyüməsi və ağrılı olması, mütəmadi qusmalardır. Skarlatina xəstəliyinin başladığı ilk və ikinci gündən etibarən dəridə parlaq qırmızı səpkilər müşahidə olunur. Xəstəliyi keçirən şəxslərdə davamlı immunitet formalaşır".
İ. Şirinova qeyd edir ki, çox zaman insanlar oxşar əlamətlərinə görə, skarlatina və qızılca xəstəliyini səhv salırlar:
"Çünki hər iki infeksion xəstəlik məhz yoluxmuş şəxslərin asqırması, öskürməsi zamanı yayılan damcı ilə və xəstə insanla təmasda olmaqla yayılır. Qızılca xəstəliyi zamanı səpkilər xəstəliyin 4-5-ci günündə üzdən başlayır və mərhələli şəkildə bədən səthinə yayılır. Skarlatina xəstəliyi zamanı isə səpkilər xəstəliyin 1-2-ci günlərindən etibarən döş qəfəsindən başlayaraq dəriyə yayılır. Səpkilər 2-5 gün davam etdikdən sonra solmağa başlayır. Qızılcadan fərqli olaraq skarlatinada xəstəliyin 4-cü günündə parlaq qırmızı moruğa bənzər dil əmələ gəlir. Xəstəliyin sonunda əl və ayaq dərisində dəri soyulması müşahidə olunur".
Həkim-infeksionist vurğulayıb ki, skarlatinanın müalicəsi isə mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır. O qeyd edib ki, əks halda, özbaşına edilən hər müalicə üsulu faydasız və hətta zərərli ola bilər:
"Skarlatina xəstəliyinin müalicəsi antibiotiklər, hərarətsalıcı preparatlar, boğaz məhlulları ilə aparılır. Boğaz məhlulları ilə mütəmadi olaraq qarqara etmək, bol maye və vitaminli qidaların qəbulu xəstəliyin müalicəsi və profilaktikası üçün vacib amildir. Bunlarla yanaşı, mütləq şəkildə gigiyena qaydalarına əməl olunmalı, yeməkdən əvvəl əllər yaxşı yuyulmalıdır. Asqırma və öskürmə zamanı ağzı əllə və ya salfet / dəsmalla tutmaq lazımdır".
Həkim-infeksionist xüsusi olaraq vurğulayır ki, antibiotik və digər dərman preparatlarının istifadəsi mütləq şəkildə həkim təyinatı ilə aparılmalıdır. Çünki yanaşı xəstəliyi olan şəxslər üçün antibiotiklərin qəbulu sonrakı mərhələdə ciddi fəsadlar törədə bilir.
Özünüzün və ya övladlarının səhhətində yaranan bu və ya digər xəstəliklərlə bağlı ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-infeksionistlərə müraciət edilməlidir. Əks halda, gecikmiş müalicə effektsiz ola bilər.

Sağlamlıq       Tarix: 12 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler xeberler az xəbərlər cəbhədən son dəqiqə