"Qobu" Enerji Layihəsi üzrə aparılan işlər sürətləndirilib - VİDEO

"Qobu" Enerji Layihəsi üzrə aparılan işlər sürətləndirilib - VİDEO"Qobu" Enerji Layihəsi üzrə aparılan işlər sürətləndirilib - VİDEO
"Qobu" yarımstansiyası və elektrik stansiyasında aparılan tikinti və yenidənqurma işləri daha da intensivləşdirilib.
"Azərenerji" ASC-dən verilən məlumata əsasən, ölkədə elektrik enerjisinə artan tələbat, xüsusilə, torpaqlarımızın işğaldan azad olunmasından sonra bu tələbatın daha da artması enerji sistemində aparılan tikinti və yenidənqurma işlərinin sürətləndirilməsini şərtləndirib.
Belə ki, ASC bütün istiqamətlərdə, o cümlədən yeni tikilən 1000 meqavat yükötürmə gücündə olan 330, 220, 110 kolovoltluq "Qobu" yarımstansiyasında və 385 meqavatlıq "Qobu" elektrik stansiyasında işləri intensivləşdirib.
Bildirilir ki, "Qobu" Enerji Layihəsi ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, eləcə də, ölkə üzrə artan tələbatı qarşılamaq, regionlardakı elektrik stansiyalarının Bakıya yönələn yükünü azaldıb əyalətlərə sərf edilməsi baxımından müstəsna rola malik olacaq. Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq.  
Qeyd edilib ki, "Qobu" Enerji Layihəsinin nəzərdə tutulan vaxtdan bir qədər də tez, gələn ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

/oxu.az

Sosial       Tarix: 11 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler maşın realiti şou xeber.az hava haqqinda