Qordon: "Putin artıq Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirib, növbədə Dağıstan və Çeçenistandır" – SƏRT AÇIQLAMA

Qordon: Tanınmış ukraynalı jurnalist və siyasi şərhçi Dmitri Qordon Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət fiaskoları barədə növbəti sensasion açıqlama verib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, "ГОЛОВАНОВ"un müəllifi olduğu internet proqramında çıxış edərkən bildirib ki, Putin artıq Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirib, növbədə isə Dağıstan və Çeçenistan var.
Qordon çıxışında deyib:
"Ukraynaya qarşı genişmiqyaslı hücum nəticəsində NATO-nun sərhədləri artıq onun (Putinin) torpaqlarına dirənib. Finlandiya və İsveç NATO-ya daxil oldular. Finlandiyanın Rusiya ilə uzun sərhədi var. Avropa və Amerika sürətlə silahlanır. Almaniyanın "Rheinmetall konsern"i hərbi istehsalını onlarla dəfə artırıb və indi yalnız Lockheed Martin-dən geri qalır."
O qeyd edib ki, Almanlar artıq başa düşüblər – "bu adam (Putin) dəli olub" və buna görə indi sürətlə silahlanır, müharibəyə hazırlaşır, Ukraynaya yardım edir.
Qordon daha sonra diqqəti Cənubi Qafqaza yönəldərək bildirib ki, Putin Ukrayna ilə müharibə başladıqdan sonra Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirdi. Onun sözlərinə görə, indi növbədə Tajikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan gəlir, ardınca isə daxildə Dağıstan və Çeçenistan kimi regionların də Kremlin əldən çıxacağı qaçılmaz görünür.
Qordon hətta ironiya ilə əlavə edib:
"Bəzən mənə elə gəlir ki, Putin əslində gizli CIA agentidir. Çünki onun bütün addımları Rusiya üçün fəlakət gətirir."

Siyasi       Tarix: 16 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər