Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı - VİDEO
Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı - VİDEO
Türkiyənin paytaxtında qorxunc hadisə qeydə alınıb. Belə ki, Sahibsizlər Fondunun rəhbəri Faruk Açık küçə heyvanlarını bəsləmək Üçün İmrahor vadisinə yollanarkən orada bir it cəsədi aşkarlayıb. Avtomobilindən düşüb irəli getdikdə isə zibil torbalarına doldurulan çox sayda ölü it leşi aşkarlayıb.
Hadisə yerinə dərhal hüquq mühafizəçilər cəlb olunub. Araşdırma zamanı 30-dan artıq itin pəncələrində intraket ilə damar yolu açıldığı müəyyən olunub.
Bu barədə "Haber Global" xəbər yayıb.
"Torbalara baxdıqda heyvanlar ayaqlarında bandajlar, damar yolları açıq vəziyyətdə idi. Kim və ya kimlər tərəfindən bura atıldığını bilmirik, ancaq bu heyvanlara zibil kimi davranılmasını və cəmiyyət tərəfindən təcrid olunmasını şiddətlə qınayırıq", - deyə F.Açıq bildirib.
Təsərrüfat və Meşə Nazirliyinin Yerli Heyvanqoruma İdarəsinin nümayəndəsi Şafak Açıkalın belə hadisələrin ilk dəfə yaşanmadığını bildirib.
"Küçədə həmişə serumlu heyvanlar tapırıq. Bu serum işi nədir? Normal bir vətəndaş, yaxud cani durduğu yerdə "serum taxıb, mən bunu zəhərləyim", - deməz, birbaşa öldürər. Heç kimi günahlandırmıram, amma mən özüm də serumlu, damar yolu açılmış pərişan vəziyyətdə it tapmışdım. Onu dərhal baytara apardım və o, müalicə olundu". /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR