Qucaqlaşmanın bilinməyən faydaları açıqlandı

Qucaqlaşmanın bilinməyən faydaları açıqlandıQucaqlaşmanın bilinməyən faydaları açıqlandı
Qucaqlaşmalar təkcə yaxınlarınızla emosional əlaqəni gücləndirməyə kömək etmir, həm də fiziki sağlamlığa faydalı təsir göstərir.
Bu barədə Sankt-Peterburqdakı SM klinikasının endokrinoloqu və terapevti Anastasiya Kalmurzina məlumat verib.
"Bu, ilk növbədə, orqanizmdə oksitosin, endorfin və dofamin hormonlarının istehsalının sürətlənməsi ilə baş verir. Oksitosin bağlanma hormonu kimi tanınır. Stress hormonu kortizolun təsirini neytrallaşdırır. İnsan sakitləşir, narahatlığı keçir və özünü təhlükəsiz hiss edir. Oksitosin çatışmazlığı xroniki stressin formalaşmasında əlavə amillərdən biridir və bu, orqanizm üçün ən pis şərtlərdəndir", - deyə Kalmurzina bildirib.
Endokrinoloq qeyd edib ki, oksitosin ürək və qan damarları üçün də vacibdir - bu hormon qan təzyiqinin aşağı düşməsinə təsir göstərir.
"Oksitosin istehsalı ilə yanaşı, qucaqlaşmalar bədəndə dopamin və endorfinin – müvafiq olaraq həzz və xoşbəxtlik hormonlarının istehsalını stimullaşdırır. Onların təsiri altında insan daha fəal olur, özünə güvənir və ətraf aləmə maraq göstərir. Serotonin və dopamin də qan damarlarının yumşalmasına, rahatlamasına kömək edir ki, bu da qan dövranını və bədəndə oksigen mübadiləsini sürətləndirir. Qan dövranının normallaşdırılması insan orqanizminin müxtəlif orqan və sistemlərinin qidalanmasını yaxşılaşdırmağa yardım edir", - həkim izah edib.
Kalmurzina onu ​​da əlavə edib ki, artan hormon istehsalının digər mühüm təsiri əzələlərin rahatlamasıdır. Ona görə də qucaqlaşdıqdan sonra əzələ ağrıları yox ola bilər.
Mənbə: gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 10 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar