Ramiz Mehdiyev ilə bağlı sürpriz həbslər gözlənilir - Bu adamlar da ifşa olunacaq
3 həftədir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı istintaq prosesi davam edir.
Aparılan araşdırmalar nəticəsində onun uzun illər ərzində formalaşdırdığı təsir dairəsi, dövlətin müxtəlif strukturlarında qurduğu əlaqələr və köhnə idarəetmə mexanizmləri bir-bir üzə çıxır.
Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu azxeber.com-a açıqlamasında deyib ki, Ramiz Mehdiyevin ev həbsinə nə səbəbdən göndərildiyi bəllidir:
"İstintaq orqanı və dövlət qurumları rəsmi açıqlama verməsələr də, mətbuatda gedən məlumatlara təkzibin olunmaması göstərir ki, ittihamlar əsassız deyil. Çoxsaylı şəxslərin dindirilməsi barədə müəyyən dairələrdən informasiyalar almışam. Bu gün vəzifədə olan bəzi şəxslərin də dindirildiyini bilirəm. Amma hesab edirəm ki, bu mövzuya spekulyasiya yolları ilə yanaşmaq olmaz. Hazırda istintaq tədbirləri həyata keçirilir. Dövlət daxilində dövlətə xəyanət etmiş, dövlətin vaxtilə verdiyi imtiyazlardan sui-istifadə etmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi prosesi gedir".
Partiya sədri qeyd edib ki, bu 4 ay təsadüfi seçilməyib:
"Ramiz Mehdiyevlə bağlı istintaq müddəti 2, 3 ay da ola bilərdi. Görünür, 4 ay seçilib ki, bu cinayətkar şəbəkənin dairəsi tamamilə rahatlıqla müəyyənləşdirilsin. Əlbəttə, hüquq elmi baxımından məhkəmə qərarı olmadan kiməsə "cinayətkar" demək düzgün deyil. Amma hər şeyi açıq demək lazımdır. Ramiz Mehdiyevin fəaliyyəti Azərbaycan xalqı üçün gizlin deyil. O hələ də vəzifədə olduğu dövrdə də biz həmişə onun və onun şəbəkəsinin Azərbaycanda Rusiya tərəfdən təsirçi qüvvə olduğunu bildirmişik. İndi tənqid etmək çox asandır. Onun imtiyazları əlindən alınıb, səlahiyyətləri götürülüb. Hər kəs deyir ki, "20 ildir mən Ramiz Mehdiyevlə mübarizə aparıram." Bu cür iddiaları irəli sürən adamlar 20 il müddətində həmin şəxslə necə rəftar etdiklərini, nə etdiklərini izah etməlidirlər.
Mətbuata baxdım ki, 2013-cü ildə bu adamın təqdir edən şəxslər olub. Azərbaycan siyasətinin generalı kimi təqdim olunub. Başqa biri onun yazılarına yüksək qiymət verib.
İndi kimisə dindirsən, hamı deyir ki, biz mübarizə aparırdıq. Əgər "mübarizə aparmaq" birinə bəy tərifi deməkdisə, "mübarizə aparmaq" kiminsə yazılarını yüksək qiymətləndirməkdirsə , onda biz əslində heç nə etmişik?".
A.Şakiroğlu vurğulayıb ki, Mehdiyevi zamanında tənqid edib:
"Ramiz Mehdiyevlə bağlı 2017-2018-ci illərdə bizim yazılarımız, açıq videolarımız var. Məsələn, başqa bir şəxsin 1997-ci ildə Milli Məclisdə etdiyi tənqidi səhnələr də göstərilir. Mən həmin halları da təqdir edirəm. Amma 1997-ci ildə Ramiz Mehdiyevi tənqid etməyə nə var idi ki? O zaman Ramiz Mehdiyev 2–3 il ərzində hələ tam komanda formalaşmamışdı.
Mən 2013-cü və 2015-ci ildə Ramiz Mehdiyevin repressiyalarının davam etdiyini qeyd etmişdim".
Partiya sədri indi Mehdiyevə qarşı çıxanların bəzilərinin səmimi olmadığını da deyib:
"Bu anti-Ramiz Mehdiyevçiliyin səbəbi ona qarşı çıxanların səmimi olmamağından qaynaqlanır. Şübhəsiz ki, onlar Mehdiyevi inkar etməklə, onu zəiflətməklə, daha çox tənqid etməklə özlərini sığortalamağa çalışırlar. Amma dövlət dərin və böyükdür. Dövlət kimin kim olduğunu yaxşı bilir. Bu tip ucuz əhval-ruhiyyədə olanlar düşünməsinlər ki, dövlətin üstünlüyünü zəiflədə bilərlər".
GAP sədri əlavə edib ki, bir nəfər səmimi etiraf etmir:
"Heç kəs keçmişdə səhv etdiyini etiraf etmir. Bir nəfər etiraf etsin ki, biz o vaxt yanılmışıq, səhv etmişik. Desinlər ki, siyasətçi, deputat, partiya sədri olaraq Ramiz Mehdiyevə inandığımıza görə Azərbaycan xalqından üzr istəyirik. Amma hər kəs deyir ki, "biz 20 ildə mübarizə aparmışıq." Cəmiyyət bunu görür, analitikləşdirə bilir. Bu cür hallar insanları gülünc vəziyyətə salır. Hesab edirəm ki, keçmişdə dövlətə bağlı sui-istifadə edən, dövlətin verdiyi imtiyazlardan anti-dövlət fəaliyyətində istifadə etmiş hər kəs, xüsusilə Ramiz Mehdiyev, dövlətin sərt üzünü görəcək. Bu əməliyyatları mən xarici dairələrin Azərbaycanda beşinci sütunları yaratmaq istəyənlərinə bir xəbərdarlıq kimi dəyərləndirirəm. Fikrimcə yaxın vaxtlarda sürprizlər olacaq. Bu sürprizlər vasitəsilə açılmış cinayət içinin mahiyyəti tam ifşa olacaq".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib