Rayon qeydiyyatında olanlara ŞAD XƏBƏR
Vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.
KONKRET.az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyi 3 istiqamət üzrə mühüm dəyişikliklər edib. Artıq rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların da işi asanlaşacaq.
Sığortalı şəxslər ambulator müalicə üçün rahat şəkildə TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinə müraciət edə biləcəklər.
Agentliyin departament rəhbəri Aynurə Əhmədova bildirib ki, artıq vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan yaşadığı ərazi üzrə, eləcə də Bakı da daxil olmaqla digər şəhər və rayonlarda tibb müəssisəsinə müraciət edə biləcəklər.
Agentlik özəl tibb müəssisələri ilə bağlı da mühüm yenilik edib. Aynurə Əhmədova qeyd edib ki, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri sığortalı vətəndaşlara ixtisaslaşırılmış tibbi xidmət göstərə bilmədikdə agentliyi məlumatlandıra biləcəklər. Müraciət əsasında, vətəndaşların müalicəsi digər xəstəxanalarda aparılacaq.
Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
52 yaşlı piyadanı maşın vurub öldürdü