"Real Madrid" tarixinin dördüncü türkü: Arda Güler "kral klubu" üçün Messi ola biləcəkmi? - FOTO

"Real Madrid" tarixinin dördüncü türkü: Arda Güler "kral klubu" üçün Messi ola biləcəkmi? - FOTO
"Fənərbağça"dan "Real Madrid"ə keçən Arda Güler "kral klubu"nun tarixinə dördüncü türk oyunçu kimi düşüb.
Oxu.Az xatırladır ki, 18 yaşlı oyunçudan əvvəl türkəsilli almaniyalı yarımmüdafiəçi Mesut Özil və Türkiyə yığmasının sabiq üzvləri - Nuri Şahinlə Hamit Altıntop "Real Madrid"də çıxış ediblər.
Arda Güler ispanlarla altı illik müqavilə imzalayıb. Bu satışdan "Fənərbağça" 20 milyon avro qazanıb. Eyni zamanda, 10 milyon avro bonuslar qismində nəzərdə tutulub. Növbəti satışdan İstanbul klubuna 20 faiz pay da çatacaq.
Beləliklə, Arda Güler "Real Madrid"ə keçən ən bahalı türk futbolçudur. Klub nə Özil, nə digər adını sadaladığımız oyunçular üçün bu qədər xərcə düşüb.
Bəs onu İspaniya paytaxtında nə gözləyir? "Real Madrid"in əvvəlki türk futbolçuları komandada nəyə nail olublar?
"Kral klubu"nun tarixində ilk türk futbolçu Mesut Özildir. 2010-cu il dünya çemoionatındakı performansı ilə diqqət çəkən almaniyalı yarımmüdafiəçi həmin ilin avqustunda "Verder"dən 18 milyon avroya İspaniya təmsilçisinə keçib. O, beş milyon avro məvaciblə altı illik müqaviləyə imza atıb.
Ulduzların bol olduğu komandada 10 nömrəli formanı geyinən Mesut Özili İspaniya mətbuatı həmin zaman "Alman Zidan" kimi təqdim edirdi.
"Real Madrid"də ümumilikdə 159 oyun keçirən M.Özil 27 qol və 81 məhsuldar ötürmə ilə yadda qalıb.
Türk futbolçu "Blankos"da İspaniya La Liqasını, ölkə kubokunu və Superkuboku qazanıb. O, həmin dönəmdə iki dəfə UEFA tərəfindən ilin komandasına seçilib.
Mesut Özil 2013-cü ildə "Real Madrid"dən "Arsenal"a transfer olunub. London təmsilçisi onun üçün qarşı tərəfə 50 milyon avro ödəyib ki, bu, "kral klubu"nun tarixində ən yüksək satışlardan biridir. Daha doğrusu, ispanların həmin zamana qədər bundan daha böyük məbləğə satışı olmayıb. Hazırda Mesut Özil siyahının beşinci pilləsindədir.
Türkiyə millisinin keçmiş oyunçuları - Nuri Şahin və Hamit Altıntop isə eyni vaxtda "Real Madrid"ə keçiblər. Onların hər ikisi 2011-ci ilin yayında "kral klubu"na gəlib. Hər ikisinin İspaniya paytaxtındakı çıxışı da oxşar olub.
"Real Madrid" Nuri Şahin üçün Dortmund "Borussiya"sına 10 milyon avro ödəyib. Onunla dörd milyon avro məvaciblə altı illik müqavilə imzalanıb.
Nuri Şahin komandadakı ilk mövsümündə İspaniya La Liqasını qazanıb. Lakin zədələr ona çox oynamağa imkan verməyib. Orta xətt oyunçusu ümumilikdə ümumilikdə 10 görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə millisinin üzvü 2012-ci ilin yayında İngiltərənin "Liverpul" klubuna icarəyə verilib. Qışda geri qayıdan yarımmüdafiəçi bu dəfə də sabiq klubu "Borussiya"ya icarəyə göndərilib. N.Şahin ilyarım orada oynadıqdan sonra yeddi milyon avroya "Dortmund" klubuna satılıb.
Hamit Altıntopun "Real Madrid" karyerası Nuri Şahininkinə bənzəyir. 2011-ci ildə "Bavariya"dan ayrılan yarımmüdafiəçi "kral klubu"na üz tutub. Digərlərindən fərqli olaraq, o, azad agent kimi "Real Madrid"ə keçib.
Mövsümdən əvvəl belindəki zədə səbəbindən yaxşı hazırlıq keçə bilməyən H.Altıntop elə də çox şans qazanmayıb. O, 12 oyunda bir qola imza atıb. Lakin Hamitin də adı "Barselona" hegemonluğuna son qoyaraq İspaniya çempionu olan "Real Madrid"in bir hissəsi kimi tarixə düşüb.
Növbəti mövsüm o, "Qalatasaray"a satılıb.
Beləliklə, "Real Madrid" tarixindəki əvvəlki üç türk futbolçudan ən uğurlusu Mesut Özildir. Maraqlıdır ki, o da Almaniya millisinin üzvü olub. Türkiyə yığmasında çıxış edən futbolçular "Blankos"da uğur əldə etməyi bacarmayıblar.
Bu baxımdan Arda Güler ilk olmalıdır. "Real Madrid"in ən bahalı türk oyunçusu həm də son illərdə istedadlı türkiyəli oyunçuların performansını tam aça bilməməsi stereotipini qırmalıdır. Həqiqətən, Cengiz Ünder, Enes Ünal, Yusuf Yazıcı, hətta nisbətən uğurlu olmağı bacaran Merih Demiral və Çağlar Söyüncü belə, top səviyyəyə yüksələ bilməyiblər. Vaxtilə Özil "Alman Zidan" adlandırılırdısa, indi də Arda Güleri oyun üslubuna və solaxay olmasına görə "Real Madrid"in əzəli rəqibi "Barselona"da ulduzu parlayan Lionel Messiyə bənzədir, "türk Messi" adlandırırlar.
Bəs o, "Real Madrid" üçün Messi ola biləcəkmi?
Faiq Tahirov

Maraqlı       Tarix: 08 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar