Rəqsanə aparıcı Zauru müdafiə etdi: 'Bizim axırımız hara gedir?
"Zaur Kamalın efirdən cənubi azərbaycanlı müğənni Afşin Azərini qovması insanlarda ona qarşı qıcıq oyatdı".
Bu sözləri Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova ifaçı qızı Aysun ilə sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
Sənətçi Zaur Kamalın hərəkətlərinin düzgün olmadığını söyləyib, ona məhkəmə qursa da, daha sonra fikirlərində aparıcını müdafiə edib.
"Zaur dostumuzdur. İllərin peşəkar aparıcısıdır. Bu həyatda səhvsiz insan var? Ola bilər ki, hansısa səbəblər var ki, bu hadisə baş verdi. Ağzınıza gələni yazıb, deyirsiz. Biz niyə bu qədər aqressivik? Bizim axırımız hara gedir? Özümüzü niyə bu qədər biabır edirik?".
R.İsmayılova həmçinin oğlu Muhammedin kiçik toyuna media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, bu məsələyə belə aydındlıq gətirib.
"İyulun 25-i oğlumun kiçik toyuna mətbuatı məclisə buraxmayacağam və qonaqlarımın da hamısına xəbərdarlıq edəcəyəm. Bu fikri heç kimdən götürməmişəm, özüm də buna qarşı deyiləm. Sadəcə elə qonaqlarımız var ki, onlar məclisə gəlməyə çəkinirlər. Çoxları iş, dövlət adamlarıdır. Deyirlər ki, niyə övladlarımızı çəkib, sosial şəbəkələrdə paylaşmalıdırlar?!".
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı dörd övladı var
///Bizim.Media

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA