Rəsmi Bakı girov götürülən gəmi ilə bağlı nota verdi
7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
Bu barədə KONKRET.az-a XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd olunub ki, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir.

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi