Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulur
Revmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Ona görə də xəstəlik məktəbli, uşaq evləri və xəstəxanalarda, həmçinin yoxsulluq və şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra meydana çıxır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, xəstəlik kəskin şəkildə keçirilmiş anginadan təxminən üç həftə sonra başlayır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrəmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. İlk növbədə prosesə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlayanda isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar keçici xarakterdə olur və bir oynaqdan digərinə ötürülür: "Bəzi hallarda, xüsusən uşaqlarda revmatizm daha yumşaq, hətta xroniki formaya keçə bilər. Ümumi halsızlıq, ürəkdöyünmə və oynaqlarda qeyri-spesifik yüngül ağrılar olur".
O, xəstəliyin müalicəsi haqqında deyib ki, ilkin mərhələlərdə antibiotiklərdən istifadə olunur. Sonrakı dövrdə iltihab əleyhinə müalicə və fitoterapiya daha səmərəlidir.
Pəhriz barədə isə həkim-terapevt bunları deyib: "Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq lazımdır. Xəstənin qəbul etdiyi qida məhsulları zülal və vitaminlər, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar, o cümlədən şəkər, ağ çörək, kartof, qızardılmış və yağda yeməklər, ədviyyatlar, çay, qəhvə və alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri və onlardan hazırlanan dəmləmə, bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ